Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək


Dünya 30 İyn 2020 13:57:00 207 0

Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani iyulun 1-də videokonfrans keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək.

Üç ölkə rəhbəri sonuncdu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.