130dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir


Siyasət 30 İyn 2020 13:41:00 55 0

130dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir

"Dünyanın 130-dan çox ölkəsinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü yekdilliklə dəstəkləməsi Azərbaycanın dövlət başçısına olan beynəlxalq etimadın mühüm göstəricisidir, respublikamızın diplomatik uğurlarının davamıdır".

Son.az bildirir ki, bunu Trend-ə millət vəkili Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, dünyanın ən böyük və nüfuzlu təşkilatı olan BMT-nin Prezident İlham Əliyevin koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizəyə dair çağırışlarına müsbət reaksiya verməsi Azərbaycanın yürütdüyü sülhpərvər və humanizm siyasətinə beynəlxalq birliyin mükəmməl qiymətidir. Millət vəkili bildirib ki, bu addım bütün dünyaya bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq arenada böyük nüfuza malik olan siyasi xadimdir: "Onun beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi dərin töhfələr qlobal miqyasda ən yüksək səviyyədə dəyərləndirilir. Azərbaycanın Prezidentinin yürütdüyü xoşməramlı siyasətə günü-gündən beynəlxalq hörmət artır, ən nüfuzlu təşkilatların rəhbərləri, onunla əməkdaşlıq etməkdən qürur duyduqlarını bildirirlər. Bu gün koronavirus pandemiyası ağır müharibənin şiddətli zərbələri ilə bəşəriyyəti sarsıtmaqdadır. Pandemiyanın yayıldığı ilk günlərdən beynəlxalq birliyi həmrəyliyə, birgə mübarizəyə səsləyən Azərbaycanın dövlət başçısı bunun əyani nümunəsi kimi, mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ilk videokonfransını keçirtdi. BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilatının Zirvə görüşündə mürəkkəb və çətin vəziyyətlə üzləşmiş ölkələrin problemləri və çıxış yolları müzakirə edildi. Prezident İlham Əliyev bütün ölkələrlə birgə təxirəsalınmaz addımlar atmaq mesajlarını çatdırdı. Prezident İlham Əliyevin insanpərvərliyi sayəsində respublikamız digər ölkələrə pandemiyanın yayıldığı ilk günlərdən maddi və mənəvi dəstəyini əsirgəmədi, Ümumdünya Səhiyyə Təşkilatına və 30-dan artıq ölkəyə yardım göstərdi". Fatma Yıldırım bildirib ki, Azərbaycanın, Prezident İlham Əliyevin xoşniyyətli və humanizm missiyası bu gün bütün dövlətləri və xalqları bir araya gətirən həmrəylik platformasına çevrilməkdədir: "Azərbaycan dövləti pandemiyanın qlobal inteqrasiyanı məhdudlaşdırdığı bir dövrdə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə ümümdünya problemlərinin həllində və geniş müzakirəsində açıq və lider ölkə olduğunu təsdiqlədi. Sonrakı günlərdə dünyanın ən nüfuzlu təşkilatlarının, şirkətlərinin rəhbərləri ilə keçirilən videokonfransda aparılan maraqlı və faydalı müzakirələr bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasını nümayiş etdirdi. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun Cənab Prezidentə bir neçə dəfə ünvanladığı müraciətlərdə də Azərbaycanın səyləri yüksək qiymətləndirilib. Bu fakt bir daha respublikamızın ikitərəfli və çoxtərəfli görüşlərin təşəbbüskarlığı və liderlikdə xüsusi yerini, etibarını göstərir".

Son.az 

Azərbaycanda şirkət direktoru axtarışa verilib like
  • 30 İyn 13:39  
Digərləri Azərbaycanda şirkət direktoru axtarışa verilib

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların 86%-i sağalıb like
  • 30 İyn 13:37  
Sosial Gürcüstanda koronavirusa yoluxanların 86%-i sağalıb

Gürcüstanda koronavirusa yoluxan şəxslərin 86%-i müalicə olunaraq sağal

arrow Ətraflı
İyul ayı adına layiq başlayır: 35 dərəcə  HAVA PROQNOZU AÇIQLANDI like
  • 30 İyn 13:35  
Digərləri İyul ayı adına layiq başlayır: 35 dərəcə HAVA PROQNOZU AÇIQLANDI

1 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olaca

arrow Ətraflı
Azərbaycanlı rəqqasə: “Qızlar evdə qalıb, məni kim alacaq?” like
  • 30 İyn 13:33  
Şou-biznes Azərbaycanlı rəqqasə: “Qızlar evdə qalıb, məni kim alacaq?”

Azərbaycanlı rəqqasə Renka şəxsi həyatından danışıb.

arrow Ətraflı
Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb like
  • 30 İyn 13:32  
Dünya Gürcüstanda 30-a yaxın TIR sürücüsündə COVID-19 aşkarlanıb

"Son 2-3 həftə ərzində Gürcüstanda koronavirusun təsdiqləndiyi şəxslə

arrow Ətraflı
“AzerGold” yeni saytı istifadəyə verilib like
  • 30 İyn 13:28  
İqtisadiyyat “AzerGold” yeni saytı istifadəyə verilib

​“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib

arrow Ətraflı
COVİD19la mübarizədə poliklinikalara yardım nədən ibarət olacaq?  İşçi qrupdan açıqlama like
  • 30 İyn 13:27  
Digərləri COVİD19la mübarizədə poliklinikalara yardım nədən ibarət olacaq? İşçi qrupdan açıqlama

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVİD-19-

arrow Ətraflı
Gürcüstan sərhədlərinin kimlər üçün açıq olduğuna aydınlıq gətirilib like
  • 30 İyn 13:22  
Sosial Gürcüstan sərhədlərinin kimlər üçün açıq olduğuna aydınlıq gətirilib

"Xarici vətəndaşların Gürcüstan sərhədlərini keçmələri barədə yay

arrow Ətraflı
Yoluxma sayı artan ölkədə yenidən karantin rejimi tətbiq olundu like
  • 30 İyn 13:21  
Dünya Yoluxma sayı artan ölkədə yenidən karantin rejimi tətbiq olundu

Əvəllər karantin rejimini tətbiq edən ölkələr bunu bütün ərazisinə a

arrow Ətraflı
Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü "Rabitəbank" like
  • 30 İyn 13:20  
İqtisadiyyat Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü "Rabitəbank"

Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 20

arrow Ətraflı
Belarusa üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb like
  • 30 İyn 13:18  
İqtisadiyyat Belarusa üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb

​Belarusa göndərilən Azərbaycan nefti ilə dolu tanker Odessa limanına ç

arrow Ətraflı
"Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir" like
  • 30 İyn 13:15  
Siyasət "Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir"

"Heç kəs təxmin edə bilmir ki, bu pandemiya dövrü nə vaxt bitəcək"

arrow Ətraflı
“Azəriqaz” böyük layihənin icrasına başlayıb like
  • 30 İyn 13:12  
İqtisadiyyat “Azəriqaz” böyük layihənin icrasına başlayıb

​“Azəriqaz” mühüm layihənin icrasına başlayıb

arrow Ətraflı
Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı like
  • 30 İyn 13:10  
Sosial Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-l

arrow Ətraflı