Ali Məktəbin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub


Sosial 30 İyn 2020 11:20:46 54 0

Ali Məktəbin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) 3 nüfuzlu universitetində oxumaq şansı qazanıb.&

Məhəmməd Vəliyev

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) 3 nüfuzlu universitetində oxumaq şansı qazanıb.

"Report" xəbər verir ki, Ali Məktəbin magistratura pilləsi üzrə “Neft-qaz mühəndisliyi” ixtisasının bu ilki məzunlarından biri olan M.Vəliyev Cənubi Kaliforniya, Ostindəki Texas və Texas A&M universitetlərinin doktorantura pillələrinə tam təqaüdlə qəbul olub. Bakalavr təhsilini də fərqlənmə diplomu ilə bitirmiş BANM məzunu təhsilini Cənubi Kaliforniya Universitetində davam etdirməyi qərara alıb.

- Qazandığınız uğura görə sizi təbrik edirik. Gəlin, sizi tanıyaq.

- 1996-ci ildə Bakı şəhərində anadan olmuşam. İbtidai təhsilimi 2002-2006-cı illərdə Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbdə almışam. 2006-2013-cü illərdə Nəsimi rayonu Texniki-Humanitar liseyində oxumuşam. 2013-cü ildə həmin liseyi bitirib, qəbul imtahanında 662 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuşam. Təhsil aldığım müddətdə universitetdə Neftçi mühəndislər, İntellektual oyunlar, Şahmat və Futbol klublarına üzv olmuş və bu klubların təşkil etdiyi bir çox tədbirlərdə fəal iştirak etmişəm. 2015, 2016, 2017-ci illərdə SOCAR, 2016-cı ildə Schlumberger, 2017-ci ildə isə BP şirkətinin təşkil etdiyi yay təcrübə proqramlarında iştirak etmişəm. Bundan əlavə, 2016-cı ildə sonradan ABŞ-da doktorantura pilləsinə qəbul olmağıma töhfə verən Neftçi Mühəndislər Cəmiyyətinin nəzdindəki Gənc İstedadlar Qrupuna qəbul olub, burada 2 il ərzində neft sənayesində çalışan və könüllü olaraq tələbələrə dəstək olan mühəndislərdən dərs almışam. 2018-ci ildə bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. Daha sonra təhsilimi magistratura pilləsi üzrə Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisası üzrə davam etdirmişəm. 2019-cu ilin yay aylarında BP şirkətində təcrübə keçmişəm. Bu il isə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin doktorantura pilləsinə 4 illik tam təqaüdlə qəbul olmuşam.

- Qazandığınız uğura necə nail oldunuz?

- Bu, çox uzun bir proses idi. Zənnimcə, keyfiyyətli bakalavr ve magistr təhsili, yerli və beynəlxalq şirkətlərdə qazandığım təcrübələr, iştirak etdiyim bir çox akademik ve qeyri-akademik seminar və tədbirlər, təhsil aldığım universitetin rəqabətli və səmimi mühiti, hər zaman qərarlarıma hörmət edən və dəstək olan ailə üzvlərim, çalışqan, öyrənməyə açıq və ambisiyalı xarakterim və məqsədyönlü yanaşmam məni uğura apardı.

- Bakı Ali Neft Məktəbindəki təhsil gözləntilərinizi qarşılaya bildimi və məqsədlərinizə çata bildinizmi?

- 11-ci sinifdə oxuyarkən təhsil alacağım universitetdən gözləntilərim bunlar idi:beynəlxalq standartlara cavab verən, ingilis dilində təhsil müəssisəsi olması, rəqabətli, intellektual və səmimi mühitin mövcudluğu, universiteti bitirdikdən sonra yalnız ölkə səviyyəsində deyil, beynəlxalq səviyyədə də rəqabətli ola biləcəyim bilik və bacarıqlara sahib olan şəxsiyyət kimi formalaşmaq və xarici ölkələrin də əmək bazarlarına rahatlıqla inteqrasiya edə bilmək.Beş il bakalavriat və iki il magistratura pilləsi üzrə təhsil aldıqdan sonra, əminliklə deyə bilərəm ki, doğru seçim etmişəm və BANM mənim gözləntilərimi tam qarşılayan ali təhsil ocağı olub.

- BANM-də aldığınız təhsilin sizin Cənubi Kaliforniya Universitetinə qəbul olunmağınızda hansı rolu olub?

- BANM-də hazırlıq ilində (Foundation mərhələsi) öncə ingilis dili və kompüter biliklərinə yiyələnmişəm. Ali Məktəbin Heriot Watt universiteti ilə birgə əməkdaşlığı çərcivəsində bakalavriat (4 il) və magistratura (2 il) illərində Neft-qaz mühəndisliyi üzrə çox keyfiyyətli təhsil almışam. Bundan əlavə, universitetin səmimi və intellektual mühiti, sosial bacarıqları inkişaf etdirən imkanları, universitetdə fəaliyyət göstərən klub və cəmiyyətlər də mənim şəxsi inkişafımda ciddi rol oynayıb. Nəticədə BANM-dəki təhsil özgüvənimi inkişaf etdirib və məni xaricdəki universitetlərə qədər aparıb.

- Doktorantura təhsili üçün niyə məhz Cənubi Kaliforniya Universitetini seçdiniz?

- Bakalavriat təhsilimin sonuncu ilində “Data Science” barədə eşitməyə baslamışdım. Bir az araşdırdıqdan sonra maraqlarıma uyğunluğunu, eləcə də bu sahənin perspektivlərini nəzərə alaraq, bütun resurslardan istifadə etməyə başlamışdım və gələcəkdə imkan olduğu halda bu sahəyə yönəlmək fikrində idim. Bu il ABŞ-ın Neft-qaz mühəndisliyi üzrə ən nüfuzlu universitetlərinə qəbul olsam da, Cənubi Kaliforniya Universiteti üzərində dayandım. Əsas səbəb “Data Science” sahəsinə olan marağımdır. Həmçinin, universitetin Kaliforniyada yerləşməsi, Kompüter elmləri üzrə ixtisaslaşmış və nüfuzlu olması, eləcə də çalışacağım professorun da mənimlə ortaq maraqları seçimimə ciddi təsir göstərdi.

- Doktorantura təhsilindən (PhD) sonra planlarınız nədir?

- Yaşadığımız dövr çox dinamik olduğundan, eləcə də son illərdə maraq dairəm sürətlə dəyişdiyindən formalaşmış konkret bir planım yoxdur. Hazırki düşüncələrimə görə, böyük texnologiya şirkətlərində elmi fəaliyyətlə məşğul olmaq maraqlı gəlir. ABŞ-da bir qədər təcrübə qazandıqdan sonra Azərbaycana qayıtmaq və təcrübəmi öz ölkəmdə bölüşmək başlıca prioritetlərimdəndir.

İqtisadiyyat naziri: “Pandemiyanın vurduğu zərər hesablanır” like
  • 30 İyn 11:19  
İqtisadiyyat İqtisadiyyat naziri: “Pandemiyanın vurduğu zərər hesablanır”

"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanın həm idxalı

arrow Ətraflı
COVID-19-dan sağalan şəxs: "Hiss edirəm ki, virusun ağciyərlərimdə fəsadları qalıb" - MÜSAHİBƏ like
  • 30 İyn 11:11  
Sosial COVID-19-dan sağalan şəxs: "Hiss edirəm ki, virusun ağciyərlərimdə fəsadları qalıb" - MÜSAHİBƏ

"Koronavirus sağlamlığımı, vaxtımı əlimdən aldı, psixologiyama mənfi

arrow Ətraflı
Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı like
  • 30 İyn 11:07  
Sosial Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstan həbsxanalarında 103 Azərbaycan vətəndaşı saxlanılır.

arrow Ətraflı
ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi like
  • 30 İyn 11:02  
İqtisadiyyat ABŞ bir neçə ölkəyə ixracı sərtləşdirdi

Dəyişikliklər o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Ukrayna, Ermə

arrow Ətraflı
Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb like
  • 30 İyn 10:59  
İqtisadiyyat Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.

arrow Ətraflı
QMİ sədri: "Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır" like
  • 30 İyn 10:58  
Sosial QMİ sədri: "Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 25 500-ü ötdü like
  • 30 İyn 10:57  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 25 500-ü ötdü

Hazırda Ermənistanda 10904 aktiv koronavirus xəstəsi var.

arrow Ətraflı
Rusiyadan daha 225 Azərbaycan vətəndaşı Vətənə gətirilir like
  • 30 İyn 10:55  
Siyasət Rusiyadan daha 225 Azərbaycan vətəndaşı Vətənə gətirilir

Rusiya Federasiyasında olan daha 225 Azərbaycan vətəndaşı ölkəyə gətir

arrow Ətraflı
Mütəxəssislər Rusiyada peyvənd sınaqlarının nəticələri haqda danışdılar like
  • 30 İyn 10:49  
Dünya Mütəxəssislər Rusiyada peyvənd sınaqlarının nəticələri haqda danışdılar

Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri könüllülər üzərind

arrow Ətraflı
Qırğız Respublikasında baş nazirin müavini koronavirusa yoluxdu like
  • 30 İyn 10:48  
Dünya Qırğız Respublikasında baş nazirin müavini koronavirusa yoluxdu

Qırğız Respublikası hökuməti başçısının müavinlərindən biri Erkin

arrow Ətraflı
SOCAR “SOCAR Polymer”də payını artırıb like
  • 30 İyn 10:46  
İqtisadiyyat SOCAR “SOCAR Polymer”də payını artırıb

SOCAR “SOCAR Polymer” şirkətində payını 52,15%-dən 57,01%-ə yüksəld

arrow Ətraflı
Mikayıl Cabbarov: “İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq” like
  • 30 İyn 10:46  
İqtisadiyyat Mikayıl Cabbarov: “İlin sonuna qədər ölkə iqtisadiyyatında balans yaranacağına inanırıq”

"Bu ilin I rübünün sonundan dünya, o cümlədən Azərbaycan iqtisadiyyatı

arrow Ətraflı
Qadın bulvarda lüt soyunub, dənizə girdi  İstanbulda like
  • 30 İyn 10:45  
Dünya Qadın bulvarda lüt soyunub, dənizə girdi İstanbulda

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib like
  • 30 İyn 10:35  
İqtisadiyyat SOCAR 84 mlrd manata yaxın gəlir əldə edib

Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda q

arrow Ətraflı