Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü "Rabitəbank"


İqtisadiyyat 30 İyn 2020 13:20:38 92 0

Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü "Rabitəbank"

Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurub

Müstəqil Azərbaycanın ilk banklarından biri olan “Rabitəbank”ın fəaliyyətə başlamasının 27-ci ildönümü tamamlanıb. Ötən il ərzində innovativ dəyişiklikləri sayəsində Bank proqressiv və davamlı inkişafa nail olub, maliyyə sabitliyini təmin edib, maliyyə bazarında ən səmərəli banklardan birinə çevrilib.

27 il ərzində “Rabitəbank” daim müştərilərinə göstərdiyi xidmət keyfiyyətini artırmaq, yenilikçi addımları ilə onların rəğbətini qazanmağa və həyatlarını rahatlaşdırmağa çalışıb. Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurub. Hal-hazırki dövrdə isə Bankın aktivləri bir milyard manata, kredit portfeli isə 400 milyon manata yaxınlaşmaqdadır.

Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim nümunəvi olan “Rabitəbank” 27-ci fəaliyyət ili ərəfəsində rəqəmsal həllər vasitəsilə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib:

- Rebrendinq edərək loqo və korporativ üslubu dəyişib;

- “Rahat bankçılıq” fəlsəfəsini öz işində əsas fəaliyyət prioritetinə çevirib;

- Müştərilərinə daha yaxın olmaq üçün “Rabitəbank Mobil” tətbiqini təqdim edib;

- Üstünlükləri ilə Azərbaycanda ilkə imza atan Kartmane məhsulunu təqdim edib;

- AzərbaycandaMessengervəTelegramplatformalarından maliyyə əməliyyatlarını icra edən “RabitaBot” adlı ilk Chatbottəqdim edib;

Rəqəmsal bankçılıq imkanlarını genişləndirməklə yanaşı fiziki imkanlarından da qənaət etməyərək filial və şöbələrin daha komfortlu və operativ həll məkanına çevrilməsi üçün investisiya yatırdı.

“Rabitəbank” bu yeniliklərinin ardınca 2020-ci ilə birinciliklərlə start verdi:

- “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatında Kartmane kartı “İlin bank məhsulu”;

- "Visa" tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında 17 komanda arasından 1-ci yer;

- Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafat.

“Rabitəbank” bu gün 800-ə yaxın əməkdaşı ilə 350 mindən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir.

Ad gününə özəl olaraq Bank hüquqi şəxslər və fərdi sahibkarlara dəstək göstərməyə davam edərək 300 000 AZN-dək girovsuz kredit məhsulunu müştərilərə təqdim etmişdi. Bu və digər sərfəli kredit məhsulları ilə “Rabitəbank” Azərbaycanın bütün sektorlarına maliyyə dəstəyi göstərmək gücündədir.

Ad günü münasibətilə “Rabitəbank” Kartmane kart istifadəçilərini, həm də korporativ, həm fiziki şəxs müştəriləri sevindirəcək silsilə kampaniyalara start verib. Kampaniyalar haqqında ətraflı məlumatı Bankın rəsmi insternet saytından əldə edilə bilər.

Hazırda hökm sürən koronavirus pandemiyası dövründə “Rabitəbank” sosial yönümlü layihələrini də axsatmadı. Sosial məsuliyyət missiyasına sadiq qalaraq Bank, Müqəddəs Ramazan bayramı münasibətilə 100-dən çox aztəminatlı ahıllara ərzaq yardımı, “ASAN Xidmət”lə birgə “Təhsiliniz gələcəyimizdir” layihəsi çərçivəsində Tərtərdə və Laçından məcburi köçkünlərin məskunlaşdığı Mişni obasında aztəminatlı ailələrin məktəbli əlaçı övladlarına noutbuklar və bir illik pulsuz internet, habelə illərdir, ev arzusunda olan 9 nəfərlik məcburi köçkün ailəsinə mənzil şəraitini yaxşılaşdırmaq üçün 65 000 AZN dəyərində pul yardımı həyata keçirmişdir.

“Rabitəbank” ötən illərdə əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir. 27 ildir, güclü və daha dinamik rabitədə qaldıqları üçün Bank bütün əməkdaşlarına və müştərilərinə sonsuz minnətdarlıq duyur və yeni yaşında yaddaqalan fəaliyyətlərə imza atmağı hədəfləyir.

"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlıChatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Belarusa üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb like
  • 30 İyn 13:18  
İqtisadiyyat Belarusa üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb

​Belarusa göndərilən Azərbaycan nefti ilə dolu tanker Odessa limanına ç

arrow Ətraflı
"Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir" like
  • 30 İyn 13:15  
Siyasət "Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir"

"Heç kəs təxmin edə bilmir ki, bu pandemiya dövrü nə vaxt bitəcək"

arrow Ətraflı
“Azəriqaz” böyük layihənin icrasına başlayıb like
  • 30 İyn 13:12  
İqtisadiyyat “Azəriqaz” böyük layihənin icrasına başlayıb

​“Azəriqaz” mühüm layihənin icrasına başlayıb

arrow Ətraflı
Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı like
  • 30 İyn 13:10  
Sosial Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-l

arrow Ətraflı
“Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı” like
  • 30 İyn 13:09  
Şou-biznes “Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı”

Rejissor Kənan MM "5-də-5" verilişində maraqlı açıqlama verib.

arrow Ətraflı
Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub like
  • 30 İyn 13:03  
Digərləri Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləş

arrow Ətraflı
Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb like
  • 30 İyn 12:53  
İqtisadiyyat Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb

COVID-19 pandemiyası fonunda Yaponiyada sənaye istehsalı 2020-ci ilin may ay

arrow Ətraflı
SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb

“SOCAR Energy Georgia” şirkətində payını 16,3% artıraraq nəzarət pay

arrow Ətraflı
Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı il

arrow Ətraflı
ARDNFnin 2019cu il büdcəsi icrası təsdiq olunmaq üçün Prezidentə təqdim edilib like
  • 30 İyn 12:51  
Digərləri ARDNFnin 2019cu il büdcəsi icrası təsdiq olunmaq üçün Prezidentə təqdim edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası AR

arrow Ətraflı
Məşhur cütlük 24 il sonra boşanır like
  • 30 İyn 12:46  
Digərləri Məşhur cütlük 24 il sonra boşanır

Dünyaca məşhur repçi Dr. Dre (Andre Romell Yang) və Nikol Yang boşanır.

arrow Ətraflı
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu like
  • 30 İyn 12:41  
Digərləri Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.

arrow Ətraflı