Yoluxma sayı artan ölkədə yenidən karantin rejimi tətbiq olundu


Dünya 30 İyn 2020 13:21:00 239 0

Yoluxma sayı artan ölkədə yenidən karantin rejimi tətbiq olundu

Əvəllər karantin rejimini tətbiq edən ölkələr bunu bütün ərazisinə aid tətbiq etsə də, hazırda vəziyyət dəyişib. Belə ki, artıq, ölkənin bütün şəhərləri deyil, ancaq, iri, yoluxma sayı çox olan ərazilərində karantin rejimi həyata keçirilir.

Əvvəllər bu üsuldan Türkiyə istifadə edirdi. Hazırda isə, Azərbaycanda da bu qaydalar tətbiq edilir. İngiltərə isə ötən gündən etibarən bu qaydaları tətbiq etməyə başlayıb.

Belə ki, bir neçə gün əvvəl ölkə ərazisində karantin rejimini yumşaldan Britaniya bunun yaxşı nəticə verdiyini görmədikdə ayrı-ayrı bölgələr üçün yenidən sərtləşdirmə tətbiq edib.

Artıq bugündən etibarən Lester şəhərində sərt karantin rejimi həyata keçirilir. Beləliklə, sözügedən şəhərdə restoran, kafe, mağaza, pivəxana və digər həyati əhəmiyyət daşımayan obyektlər bağlanıb. Fotoqrafların çəkdiyi şəkillərdən də göründüyü kimi şəhərdə sadəcə işə gedən şəxslər var.

Lakin İngiltərənin digər şəhərlərində karantin rejimi yumşaldılıb və müəyyən qədər sərbəstlik yaranıb.