Spiker: Müstəqilliyin ilk illərində xalqımız ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşmüşdü


Siyasət 30 İyn 2020 13:24:00 45 0

Spiker: Müstəqilliyin ilk illərində xalqımız ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşmüşdü

"Milli Məclisin növbədənkənar sessiyası dövründə 8 iclas keçirilib, 35 qanun və qərar qəbul edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib.

Spiker bildirib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.

Sədr diqqətə çatdırıb ki, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər görülüb:

"Pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlarımız ilə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb".

S.Qafarova həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın da uğurlarına möhkəm zəmin yaradacağına inamını bildirib və səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib.

Milli Məclisin sədri əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq parlamentarizm günü qeyd edilir:

"Bu gün biz qürurla söyləyə bilərik ki, Azərbaycan xalqının zəngin parlamentarizm ənənələri vardır və dünya miqyasında parlamentarizmin inkişafına xalqımız da dəyərli töhfələr verib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, eləcə də bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq bu parlament qadınlara seçki hüququ vermişdi.

1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra digər dövlət orqanları kimi onun parlamenti də ləğv edilib. Sovet hakimiyyəti dövründə qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olub. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilmişdir. Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, həmin dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynayıb.

Xüsusən dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq dövrü yaşanmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə Azərbaycanın böyük sosial-iqtisadi və intellektual potensialı var idi".

Spiker təəssüflə qeyd edib ki, müstəqilliyin ilk illərində xalqımız ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşmüşdü:

"Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş müstəqil dövlətimizin aqibətini yaşamaq təhlükəsi qarşısında idi. Lakin 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanıb dağılmaqdan, müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi.

Ulu öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanıb. Heydər Əliyev 1993-cü ilin oktyabrında Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik edib. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanıb.

Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırıb və onun peşəkar nümayəndəli orqan kimi formalaşdırılması istiqamətlərini müəyyənləşdirməyə imkan verib".

Parlamentin spikeri bildirib ki, müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən Konstitusiyası əsasında səmərəli idarəçilik mexanizmi qurulub, hüquqi dövlətin əsas atributlarından olan real hakimiyyət bölgüsü həyata keçirilib, peşəkar parlament - Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılıb:

"Ötən dövrdə Azərbaycan parlamenti ölkədə həyata keçirilən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, geniş miqyaslı siyasi, iqtisadi, sosial və hüquqi islahatların qanunvericilik bazasını təmin etməyə nail olub, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün əsaslı zəmin yaradib. Milli Məclis bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurub, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının parlament məclislərinin fəal üzvü olub".

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün dünyanın tanınmış siyasi liderləri və dövlət başçıları sırasında layiqli yer tutan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib:

"Cənab İlham Əliyev 8 il Azərbaycan parlamentinin deputatı olub. O, Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyətimizə uğurla rəhbərlik edib, parlament Assambleyası Sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. Məhz həmin dövrdə bu təşkilat Azərbaycanın haqq işini dəstəkləyən bir neçə sənəd qəbul edib.

Möhtərəm Prezidentimiz İlham Əliyev Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət, qayğı və hörmət göstərir. Dövlət başçısı Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun olan çoxsaylı qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Azərbaycan parlamentində qanunyaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşməsi üçün görülən tədbirlər dövlət başçısı tərəfindən qətiyyətlə dəstəklənir.

Ölkəmizdə parlamentarizm ənənələrinin inkişafından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Mehriban xanım 12 ilə yaxın müddət ərzində bizim həmkarımız olub, deputat kimi xalqımıza və dövlətimizə xidmət edib. O, ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynamış, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib.

Mehriban xanım bir sıra qanunların təşəbbüsçüsü, o cümlədən 4 amnistiya aktının müəllifidir. O, Milli Məclisin beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün çox işlər görmüş, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib".

Çıxışının sonunda S.Qafarova söyləyib ki, bu gün Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla yerinə yetirir. 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan Respublikası dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir.

Sədr dedi ki, Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı sahəsində keçilmiş yola və görülmüş işlərə məhz bu gün nəzər salmağın real əsası və rəmzi mənası vardır:

"Mən Beynəlxalq parlamentarizm günü münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm, hər birinizə möhkəm can sağlığı, parlament fəaliyyətində uğurlar arzulayıram".

Gürcüstan sərhədlərinin kimlər üçün açıq olduğuna aydınlıq gətirilib like
  • 30 İyn 13:22  
Sosial Gürcüstan sərhədlərinin kimlər üçün açıq olduğuna aydınlıq gətirilib

"Xarici vətəndaşların Gürcüstan sərhədlərini keçmələri barədə yay

arrow Ətraflı
Yoluxma sayı artan ölkədə yenidən karantin rejimi tətbiq olundu like
  • 30 İyn 13:21  
Dünya Yoluxma sayı artan ölkədə yenidən karantin rejimi tətbiq olundu

Əvəllər karantin rejimini tətbiq edən ölkələr bunu bütün ərazisinə a

arrow Ətraflı
Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü "Rabitəbank" like
  • 30 İyn 13:20  
İqtisadiyyat Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü "Rabitəbank"

Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 20

arrow Ətraflı
Belarusa üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb like
  • 30 İyn 13:18  
İqtisadiyyat Belarusa üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb

​Belarusa göndərilən Azərbaycan nefti ilə dolu tanker Odessa limanına ç

arrow Ətraflı
"Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir" like
  • 30 İyn 13:15  
Siyasət "Prezident İlham Əliyevin bu təşəbbüsü beynəlxalq mühitdə özünəməxsus bir modeldir"

"Heç kəs təxmin edə bilmir ki, bu pandemiya dövrü nə vaxt bitəcək"

arrow Ətraflı
“Azəriqaz” böyük layihənin icrasına başlayıb like
  • 30 İyn 13:12  
İqtisadiyyat “Azəriqaz” böyük layihənin icrasına başlayıb

​“Azəriqaz” mühüm layihənin icrasına başlayıb

arrow Ətraflı
Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı like
  • 30 İyn 13:10  
Sosial Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-l

arrow Ətraflı
“Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı” like
  • 30 İyn 13:09  
Şou-biznes “Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı”

Rejissor Kənan MM "5-də-5" verilişində maraqlı açıqlama verib.

arrow Ətraflı
Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub like
  • 30 İyn 13:03  
Digərləri Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləş

arrow Ətraflı
Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb like
  • 30 İyn 12:53  
İqtisadiyyat Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb

COVID-19 pandemiyası fonunda Yaponiyada sənaye istehsalı 2020-ci ilin may ay

arrow Ətraflı
SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb

“SOCAR Energy Georgia” şirkətində payını 16,3% artıraraq nəzarət pay

arrow Ətraflı
Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı il

arrow Ətraflı