ARDNF-nin 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edilib
İqtisadiyyat 30 İyn 2020 12:16:23 123 0
ARDNF-nin Müşahidə Şurası Fondun 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-nin 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyini nəzərə almaqla, ARDNF-nin 2019-cu ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.
Bu barədə "Report"a ARDNF-dən bildirilib.
Eyni zamanda Müşahidə Şurası müstəqil auditorun və ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə Hesablama Palatasının rəylərinə əsasən, habelə ARDNF-nin 2019-cu il büdcə gəlirlərinin 19 030,6 milyon manat və yaxud 123,2% səviyyəsində, büdcə xərclərinin isə 11 588,6 milyon manat və ya 99,9% səviyyəsində icra edildiyini nəzərə alaraq, Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2019-cu il tarixli Sərəncamı ilə ARDNF-nin Müşahidə Şurasının 7 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. ARDNF-nin Müşahidə Şurasına Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov sədrlik edir. Müşahidə Şurasının üzvlərinin sırasına - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov daxildir.
Azərbaycanın ixracında SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İ

Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.

Türkiyədəki gəlirləri 88,6%, Gürcüstandakı gəlirləri 4,3% artıb

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi 20

Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Birləşmiş Krallıq, Fra

Bu günə olan məlumata görə, Vəkillər Kollegiyasının üzvü olan iki və

Əmlak və kapital amnistisyası ilə bağlı məsələ İşçi Qrup səviyyəsi

Amerikaya köçən aparıcı Günel Musəvi ikinci dəfə ana olub.

“Azərbaycanda əmlak və kapital amnistisyası hələ ki, İşçi Qrup səviy

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Müsəlmanları Məşvər

Ölkə iqtisadiyyatının rəqəmsallaşdırılma prosesi dəstəklənməlidir.

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondun

13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmas
