İranda xəbər portalının rəhbəri edam olunacaq


Dünya 30 İyn 2020 12:38:15 216 0

İranda xəbər portalının rəhbəri edam olunacaq

“Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatdan yardım aldığı üçün 2019-cu il oktyabr ayının ortalarında İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən həbs olunub

İran məhkəməsi xəbər portallarından birinin rəhbəri barəsində edam hökmü çıxarıb.

“Report” “Tasinim”əistinadən xəbər verir ki, bunu İslam Respublikası Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, “Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatdan yardım aldığı üçün 2019-cu il oktyabr ayının ortalarında İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən həbs olunub.

Bildirilib ki, R.Zam 2017-ci ilin dekabrından2018-ci ilin yanvar ayınadək İrandakeçirilən etiraz aksiyalarını rəhbərlik etdiyi xəbər portalındafəal şəkildə işıqlandırıb.

O, inqilab əleyhinə fəaliyyət göstərməkdə ittiham olunub. Bildirilib ki, Fransa kəşfiyyatı R.Zamın fəaliyyətini idarə edib. O, ABŞ və İsrailin kəşfiyyat xidmətlərindən də maliyyə dəstəyi alıb.

Qeyd edilib ki, R.Zam Parisdə sürgündə yaşayıb. Onun harada və hansı şəraitdə həbs olunmasıbarədə məlumat verilməyib.