Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb


İqtisadiyyat 30 İyn 2020 12:52:03 274 0

Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

© google.az

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 25-nə nisbətən 9,2 milyon ABŞ dolları və yaxud, təxminən, 22,1% artaraq 50,8 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.