“Azəriqaz” böyük layihənin icrasına başlayıb


İqtisadiyyat 30 İyn 2020 13:12:40 86 0

“Azəriqaz” böyük layihənin icrasına başlayıb

​“Azəriqaz” mühüm layihənin icrasına başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2020-2021-ci illər ərzində qaz təchizatının yaxşılaşdırılmasına dair böyük bir layihənin icrasına başlayıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, uzun illər istismar olunduqca müxtəlif səbəblərdən torpaq üstünə düşmüş 260 km-ə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması planlaşdırılır. Bununla da belə kəmərlər korroziya təhlükəsindən xilas edilməklə əvvəlki kimi istifadəyə qaytarılacaq.

Bu ilin əvvəlindən reallaşdırılmaqda olan proqram çərçivəsində artıq bir neçə yerdə işlər tamamlanıb. Ramana qəsəbəsinin bir hissəsi, Yeni Ramana, mədən ərazilərindəki yaşayış yerləri, Sabunçu qəsəbəsinin bir hissəsini əhatə etməklə 8-10 min abonentin qazla təminatı üçün nəzərdə tutulan diametri 273 mm olan orta təzyiqli “Ramana-Zabrat” qaz xətti, bu xəttin Şuşa şəhərciyi istiqamətində olan 1 700 metrlik hissəsi dayaqlar üzərinə qaldırılıb.

Qaradağ rayonunda Umbakı qəsəbə sakinlərinin və həmin yerdəki xəstəxananın qaz təchizatında mühüm rolu olan 159 mm diametrində daşıyıcı “Səngəçal-Umbakı” qaz xəttinin 16 kilometrlik hissəsi də əvvəlki görkəminə qaytarılıb. Qobustan qəsəbəsindəki “Yol evi” adlanan yaşayış massivini təbii qazla təmin edən qaz kəmərinin 3500 metrlik hissəsi, Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz kəməri də dayaqlar üzərinə qaldırılıb. Sonuncu dəfə bu istiqamətdə görülən işlər isə Cəlilabad və Tərtər rayonu ərazilərində icra olunub.

Qeyd edək ki, qaz xətlərinin dirəklər üzərindən düşməsi ərazidəki avtomobil yolunun müxtəlif vaxtlarda genişləndirilməsi, asfalt qatının tədricən qaldırılması və digər təsirlərin (beton dayaqların ovularaq sıradan çıxması, yamac hissələrdə dayaqların aşması və s.) nəticəsində baş verir. Əgər həmin yerlərdə torpaqlarda şoranlıq müşahidə edilərsə, qaz xəttinin korroziyaya uğraması da qaçılmazdır. Beləliklə, kəmər torpaqdan və pasdan təmizlənib, əvvəlcə korroziyaya qarşı, daha sonra parlaq boya ilə rənglənib və dəmirbeton dayaqlar üzərinə qaldırılır. Bundan sonra qaz xətlərinin istismar müddəti təqribən 10-15 il uzanır.

“Azəriqaz” İstehsalat Birliyinin 2020-2021-ci illər üzrə payız-qış mövsümünə hazırlıq proqramı çərçivəsində 260 km-ə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması, 340 km-ə yaxın qaz xəttinin isə rənglənməsi nəzərdə tutulur.

Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı like
  • 30 İyn 13:10  
Sosial Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-l

arrow Ətraflı
“Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı” like
  • 30 İyn 13:09  
Şou-biznes “Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı”

Rejissor Kənan MM "5-də-5" verilişində maraqlı açıqlama verib.

arrow Ətraflı
Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub like
  • 30 İyn 13:03  
Digərləri Bakı Ali Neft Məktəbinin məzunu ABŞın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləş

arrow Ətraflı
Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb like
  • 30 İyn 12:53  
İqtisadiyyat Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb

COVID-19 pandemiyası fonunda Yaponiyada sənaye istehsalı 2020-ci ilin may ay

arrow Ətraflı
SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat SOCAR Gürcüstan törəməsindəki payını kəskin artırıb

“SOCAR Energy Georgia” şirkətində payını 16,3% artıraraq nəzarət pay

arrow Ətraflı
Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb like
  • 30 İyn 12:52  
İqtisadiyyat Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı il

arrow Ətraflı
ARDNFnin 2019cu il büdcəsi icrası təsdiq olunmaq üçün Prezidentə təqdim edilib like
  • 30 İyn 12:51  
Digərləri ARDNFnin 2019cu il büdcəsi icrası təsdiq olunmaq üçün Prezidentə təqdim edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası AR

arrow Ətraflı
Məşhur cütlük 24 il sonra boşanır like
  • 30 İyn 12:46  
Digərləri Məşhur cütlük 24 il sonra boşanır

Dünyaca məşhur repçi Dr. Dre (Andre Romell Yang) və Nikol Yang boşanır.

arrow Ətraflı
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu like
  • 30 İyn 12:41  
Digərləri Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.

arrow Ətraflı
Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu like
  • 30 İyn 12:40  
Dünya Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

"Onun harada yoluxduğunu demək çətindir”.

arrow Ətraflı
İranda xəbər portalının rəhbəri edam olunacaq like
  • 30 İyn 12:38  
Dünya İranda xəbər portalının rəhbəri edam olunacaq

“Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatda

arrow Ətraflı
Həkim Adil Qeybulla: "Yalnız bir yol var, vəssalam..!" like
  • 30 İyn 12:35  
Digərləri Həkim Adil Qeybulla: "Yalnız bir yol var, vəssalam..!"

Aylardır karantin rejimində yaşasaq da, yenidən sərtləşdirilmiş karantin

arrow Ətraflı