Belarusa üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb
İqtisadiyyat 30 İyn 2020 13:18:16 259 0
Belarusa göndərilən Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb
Belarusun Mozır neft emalı zavodu üçün nəzərdə tutulmuş Azərbaycan nefti ilə doldurulmuş növbəti tanker dünən axşam saatlarında Ukraynanın Odessa şəhərinin Cənub limanına çatıb.
“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Belarusun “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 85 min ton Azərbaycan nefti ilə doldurulmuş tanker dünən axşam Cənub limanına çatıb: “Bu gün səhər yükün aşırılmasına başlanılıb. Planlaşdırırıq ki, iyulun 10-15-də artıq neft Mozır neft emalı zavoduna çatdırılacaq”.
O bildirib ki, digər tanker neft çatdırılmaları da davam etdirilir.
Xatırladaq ki, ötən həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa yeni partiya Azərbaycan neftini göndərib. İyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti yola salınıb. Göndərilən Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neft nəql etməyi planlaşdırır.
"Heç kəs təxmin edə bilmir ki, bu pandemiya dövrü nə vaxt bitəcək"

“Azəriqaz” mühüm layihənin icrasına başlayıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-l

“Xəstəmiz, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qız

Rejissor Kənan MM "5-də-5" verilişində maraqlı açıqlama verib.

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Məhəmməd Vəliyev Amerika Birləş

Yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəs

COVID-19 pandemiyası fonunda Yaponiyada sənaye istehsalı 2020-ci ilin may ay

“SOCAR Energy Georgia” şirkətində payını 16,3% artıraraq nəzarət pay

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı il

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası AR

Dünyaca məşhur repçi Dr. Dre (Andre Romell Yang) və Nikol Yang boşanır.

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.
