Neftçalada 2 yaşlı uşaq avtomobilin altında qalaraq ölüb


Digərləri 30 İyn 2020 12:29:00 244 0

Neftçalada 2 yaşlı uşaq avtomobilin altında qalaraq ölüb

Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn, Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus "Qazel" markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.