Oğurlanmasın deyə sobada gizlətdiyi 15 min yanıb kül oldu


Dünya 30 İyn 2020 10:59:00 240 0

Oğurlanmasın deyə sobada gizlətdiyi 15 min yanıb kül oldu

Türkiyədə qəribə olay yaşanıb.

Son.az haberler-ə istinadla bildirir ki, məsuliyyətsizlik səbəbindən 15 min lirə (3726 manat) sobada yanaraq kül olub.

Çankırı vilayətində yaşayan Gülşen Hayta adlı qadın tibb fakutləsində oxuyan oğlunun təhsil haqqını ödəmək üçün yığdığı pulları oğurlanmasın deyə sobada saxlayıb. Lakin havanın bir neçə gün soyuq keçdiyini görən qadın pulları sobaya qoyduğunu unudaraq onu yandırıb.

Qadın "Allah heç kimin başına gətirməsin" deyərək üsyan edib.

Son.az görüntüləri təqdim edir:

İsmayıl Son.az