Qırğız Respublikasında baş nazirin müavini koronavirusa yoluxdu


Dünya 30 İyn 2020 10:48:16 238 0

Qırğız Respublikasında baş nazirin müavini koronavirusa yoluxdu

Qırğız Respublikası hökuməti başçısının müavinlərindən biri Erkin Asrandiyevdə yeni növ koronavirus aşkarlanıb.

Erkin Asrandiyev

Qırğız Respublikasıhökuməti başçısının müavinlərindən biri Erkin Asrandiyevdə yeni növ koronavirus aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Operativ Qərargahından məlumat verilib.

Qeyd olunub ki, E.Asrandiyev özünü yaxşı hiss edir və müvafiq müalicə kursu keçir. Üstəlik, xəstəlik yüngül formada keçdiyindən baş nazirin müavini məsafədən işləməyə davam edir.

Baş nazir müavinində koronavirus aşkar edilməsi ilə əlaqədar onunla ünsiyyətdə olmuş Nazirlər Kabinetinin bir neçə üzvü karantinə göndərilib. “Hökumət aparatının rəhbəri Taalaybek Temiraliyev, Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, Ədliyyə naziri Marat Camankulov və Nəqliyyat və Yollar naziri Janat Beyşenov özünütəcriddə saxlanılır”, - qərargahdan bildirilib.

Qeyd edək ki, bundan əvvəl də ölkənin keçmiş prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniya diaqnozu ilə istintaq təcridxanasından xəstəxanaya köçürülüb.