"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub


İqtisadiyyat 30 İyn 2020 10:23:47 66 0

"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub

Şirkətin baş icraçı direktoru vəzifəsinə Ana Nakaşidze təyin olunub

Fuad Allahverdiyev və Ana Nakaşidze

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi "AzerTelecom" şirkətin rəhbərliyində yeni təyinatlar olub.

Bu barədə "Report"a şirkətdən bildirilib.

Belə ki, 2017-cı ildən "AzerTelecom" şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib. Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən "AzerTelecom"un baş icraçı direktorunun əməliyyatlar üzrə müavini Ana Nakaşidze təyin olunub.

“Qlobal, regional və lokal miqyasda etibarlı tərəfdaş kimi tanınan "AzerTelecom" şirkəti son illərdə mühüm uğurlara imza atıb, ölkənin dayanıqlı və sürətli internet xidməti ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Biz Azərbaycanın İKT sektorunun dayanıqlı inkişafına və ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənən layihələrin reallaşdırılmasını davam etdirəcəyik. Mən yeni baş icraçı direktor xanım Ana Nakaşidzeyə fəaliyyətində uğurlar arzulayıram və onun şirkətimizin inkişafına töhfə verəcəyinə inanıram”, - deyə Fuad Allahverdiyev qeyd edib.

“"AzerTelecom" şirkəti internet xidməti təminatçıları və bazarda fəaliyyət göstərən operatorlara yüksək keyfiyyətli və dayanıqlı xidmətlər göstərməklə Azərbaycanda bu sahənin inkişafında mühüm rola sahibdir və bundan sonra da bu inkişafda vacib rol oynamağı planlaşdırır. Qlobal internet xidmətləri hər bir iqtisadiyyatın uğuru üçün həyati əhəmiyyətli bir faktora çevrildiyindən şirkətimiz hazırkı dəyişən çağırışlar və imkanlar mühitində inkişaf üçün davamlı şəkildə yeni imkanları araşdırır. Mən inanıram ki, bu illər ərzində şirkətimizin böyüməsini dəstəkləyən heyətimiz hazırkı çağırışlar dönəmində də mühüm nailiyyətlər qazanacaqdır”, - deyə Ana Nakaşidze bildirib.

"AzerTelecom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom" Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda "AzerTelecom" şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.

Neftçalada 2 yaşlı körpə yük avtomobilinin altında qalaraq ölüb like
  • 30 İyn 10:23  
Sosial Neftçalada 2 yaşlı körpə yük avtomobilinin altında qalaraq ölüb

İlkin məlumata görə, "QAZel" markalı avtomobil hərəkətə gələn zaman y

arrow Ətraflı
Tovuzda keçmiş hakimi öldürən iş adamının cinayət işi məhkəməyə göndərildi like
  • 30 İyn 10:21  
Sosial Tovuzda keçmiş hakimi öldürən iş adamının cinayət işi məhkəməyə göndərildi

13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir

arrow Ətraflı
İşğal altında olan Çiləbürt, Acarlı, Kuropatkino kəndləri atəşə tutuldu like
  • 30 İyn 10:21  
Digərləri İşğal altında olan Çiləbürt, Acarlı, Kuropatkino kəndləri atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Bakıda mağazada müştərinin 1 500 manat pulu oğurlandı like
  • 30 İyn 10:16  
Sosial Bakıda mağazada müştərinin 1 500 manat pulu oğurlandı

Bakıda mağazada müştərinin pul kisəsini oğurlayan gənc tutulub.

arrow Ətraflı
Deputatlar bu gün 7 məsələni müzakirə edəcək like
  • 30 İyn 10:09  
Siyasət Deputatlar bu gün 7 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

arrow Ətraflı
Rusiyada metal anbarında yanğın olub like
  • 30 İyn 10:04  
Dünya Rusiyada metal anbarında yanğın olub

Rusiyanın Sankt-Peterburq şəhərindəki sənaye rayonlarından birində sahə

arrow Ətraflı
Azərbaycanİran sərhədində insident olub, like
  • 30 İyn 10:03  
Digərləri Azərbaycanİran sərhədində insident olub,

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dö

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı 928-ə çatdı like
  • 30 İyn 10:01  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 928-ə çatdı

Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.

arrow Ətraflı
Hindistanda bir gündə 18,5 mindən çox insan koronavirusa yoluxub like
  • 30 İyn 09:58  
Dünya Hindistanda bir gündə 18,5 mindən çox insan koronavirusa yoluxub

Hindistanda virusa yoluxanların ümumi sayı 566 840 nəfərə çatıb

arrow Ətraflı
“Etdiyiniz işə, yoxsa özünüzə hörmətiniz yoxdur, bilmirəm” like
  • 30 İyn 09:57  
Digərləri “Etdiyiniz işə, yoxsa özünüzə hörmətiniz yoxdur, bilmirəm”

Türkiyəli aktrisa Ebru Şahin son zamanlar aktyor-müğənni Oğuzxan Koç və

arrow Ətraflı
"Silk Way Holding"in daha bir şirkəti adını dəyişib like
  • 30 İyn 09:55  
İqtisadiyyat "Silk Way Holding"in daha bir şirkəti adını dəyişib

​"Silk Way Holding" MMC-yə daxil olan "Silk Way Business Aviation" MMC adın

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti yüksəlməyə başlayıb like
  • 30 İyn 09:54  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti yüksəlməyə başlayıb

Azərbaycan neftinin qiyməti yüksəlməyə başlayıb

arrow Ətraflı
İcazələrlə bağlı bu işçilərə məhdudiyyət qoyulur like
  • 30 İyn 09:51  
Digərləri İcazələrlə bağlı bu işçilərə məhdudiyyət qoyulur

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 n

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı qızı qaçıran üç gənc saxlanılıb like
  • 30 İyn 09:46  
Dünya Gürcüstanda azərbaycanlı qızı qaçıran üç gənc saxlanılıb

Gürcüstanın Marneuli rayonunda 23 yaşlı qızı qaçırmaqda ittiham olunan

arrow Ətraflı