Rusiyada metal anbarında yanğın olub


Dünya 30 İyn 2020 10:04:14 240 0

Rusiyada metal anbarında yanğın olub

Rusiyanın Sankt-Peterburq şəhərindəki sənaye rayonlarından birində sahəsi 2,3 min kv.metr olan iki metal anbarında yanğın olub.

Rusiyanın Sankt-Peterburq şəhərindəki sənaye rayonlarından birində sahəsi 2,3 min kv.metr olan iki metal anbarında yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsinin Mətbuat xidməti yayıb.

Hadisə iyunun 30-da Sankt-Peterburqun Krasnoqvardeysk rayonunda qeydə alınıb.

Yanğınyerinə 153 nəfər yanğınsöndürən, 43 ədəd texnika cəlb edilib.

Məlumata görə, alovun qarşısının alınmasına“Mi-8” helikopteri və yağınsöndürən qatarın da cəlb olunmasıplanlaşdırılır.

Yanğın nəticəsində ölən vəxəsarət alanların olub-olmadığı barədə məlumat verilmıyib.

Dəyən ziyan dəqiqləşdirilir.