Hindistanda bir gündə 18,5 mindən çox insan koronavirusa yoluxub


Dünya 30 İyn 2020 09:58:21 226 0

Hindistanda bir gündə 18,5 mindən çox insan koronavirusa yoluxub

Hindistanda virusa yoluxanların ümumi sayı 566 840 nəfərə çatıb

Hindistanda son sutkada aşkar edilən yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 18 522 təşkil edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Hindistanda virusa yoluxanların ümumi sayı 566 840 nəfərə çatıb. Eyni zamanda, ölkədə 215 125 nəfərin müalicə aldığı, 334 821 nəfərin sağaldığı (son gündə 13 099), 16 893 nəfərin isə öldüyü (son gündə 418) vurğulanıb.

Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma halların sayına görə dünyada dördüncü yerdədir.