Gəncə sakini həmyerlisini bıçaqladı


Digərləri 30 İyn 2020 09:39:00 242 0

Gəncə sakini həmyerlisini bıçaqladı

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, şəhərin Nizami küçəsində Gəncə şəhər sakini Yaqub Hacıyev mübahisə zəminində həmyerlisi Vüqar Həsənov tərəfindən küçədə bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən V.Həsənovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış davam etdirilir.