Türkiyəli ekspert: “TANAP geosiyasi baxımdan əhəmiyyətli layihədir”


İqtisadiyyat 30 İyn 2020 09:10:17 83 0

Türkiyəli ekspert: “TANAP geosiyasi baxımdan əhəmiyyətli layihədir”

​Türkiyəli ekspert: “TANAP geosiyasi baxımdan əhəmiyyətli layihədir”

© Report — Nüsrət Cömərt

Artıq iki ildir ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunmuş Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Azərbaycan qazının kommersiya məqsədi ilə Türkiyəyə nəqlinə başlanılıb. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may ayları ərzində TANAP ilə Türkiyəyə 1,6 mlrd kubmetr qaz nəql olunub. İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd kubmetr qaz ötürülüb. TANAP-ın baş direktorunun bu ayın ortasında verdiyi məlumata görə, iyunun 30-da TANAP-la nəql olunmuş qazın həcmi 6 mlrd kubmetrə çatdırılacaq. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

"Damnus Energy & Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Cömərt"Report"a bildirib ki, Türkiyə TANAP vasitəsilə ildə 6 mlrd kubmetr, Avropa isə ildə 10 mlrd kubmetr təbii qaz alacaq, 10 mlrd kubmetr həcmində qaz Avropanın təbii qaz istehlakında böyük həcm kimi görünməsə də, həm strateji, həm də geosiyasi baxımdan əhəmiyyətlidir.

Ekspert TANAP-ın gələcəkdə Türkiyənin enerji ticarət mərkəzi olması və enerji təhlükəsizliyi baxımından çox önəmli olduğunu vurğulayıb. O, TANAP layihəsinin Azərbaycan üçün isə onun Avropanın təbii qaz iştirakçılarından birinə çevrilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olduğunu qeyd edib.

“Avropa dünyada xüsusi rola malik olan enerji bazarı, Orta Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi regionu isə enerji mənbəyidir.Türkiyə bu bazar və mənbələrin arasında enerji körpüsü və potensial enerji ticarət mərkəzi hesab olunur.Avropa uzun müddətdir ki, təbii qaz tələbatını yerli hasilatçılarla yanaşı, Rusiya Federasiyası, Norveç, Əlcəzar və az miqdarda Türkiyə-Yunanıstan arasındakı boru xətti və LNG idxalı ilə təmin edir. Avropa enerji təhlükəsizliyini təmin etmək üçün mənbə və marşrutların şaxələndirilməsini hədəfləyib. Bu məqsədə xidmət edəcək TANAP-la Türkiyəyə qaz nəqlinin ikinci ili tamamlanır. TANAP çox əhəmiyyətli boru kəməridir. Bu layihəni həyata keçirənləri təbrik edirəm”, - o deyib.

Ekspert bildirib ki, mövcud iştirakçılarla yanaşı, ABŞ-ın da LNG bazarı olaraq gördüyü Avropaya boru xətləri vasitəsilə nəql çox önəmlidir: “Bu, mənbə, tranzit və bazar arasında qarşılıqlı bağlılıq yaradır ki, enerji balansında bu vacibdir. Koronavirus pandemiyası tələbatı azaldıb, ABŞ-dan və digər ölkələrdən daşınması nəzərdə tutulan çoxlu sayda LNG karqosu ləğv edilib, buna görə də yeraltı qaz anbarları doludur, Avropa Ukraynadakı anbarlarını doldurub. Belə vəziyyətlərdə reallaşdırılmış bu cür infrastruktur layihələri və uzunmüddətli müqavilələr daha çox əhəmiyyət daşıyır”.

Ekspert TANAP-ın Azərbaycanın Türkiyədəki neft emalı zavodu (STAR) və neft-kimya kompleksi (“Petkim”) ilə birgə bölgə iqtisadiyyatında əhəmiyyətli sərmayə olduğunu qeyd edib.

İşçi sayına məhdudiyyət tətbiq edilən fəaliyyət sahələri açıqlanıb like
  • 30 İyn 09:07  
İqtisadiyyat İşçi sayına məhdudiyyət tətbiq edilən fəaliyyət sahələri açıqlanıb

​Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarı ilə

arrow Ətraflı
BMT rəsmisi Azərbaycan vətəndaşlarına müraciət edib - VİDEO like
  • 30 İyn 09:04  
Siyasət BMT rəsmisi Azərbaycan vətəndaşlarına müraciət edib - VİDEO

BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandem

arrow Ətraflı
iPhone 12nin qutusunda naqilli qulaqlıqdan başqa bu aksessuar da olmaya bilər like
  • 30 İyn 08:59  
Digərləri iPhone 12nin qutusunda naqilli qulaqlıqdan başqa bu aksessuar da olmaya bilər

iPhone smartfonunun mövcud olduğu bütün illər ərzində o, zəngin satış

arrow Ətraflı
ABŞ Senatında Türkiyədən "S400"ləri almaq təklif olunub like
  • 30 İyn 08:58  
Dünya ABŞ Senatında Türkiyədən "S400"ləri almaq təklif olunub

ABŞ ötən həftə Senatda təklif edilən qanunvericilik təşəbbüsü çər

arrow Ətraflı
Pulsuz GTA 5 paylayan Epic Store aktiv istifadəçi sayı rekord qırdı like
  • 30 İyn 08:55  
Digərləri Pulsuz GTA 5 paylayan Epic Store aktiv istifadəçi sayı rekord qırdı

Steam ilə rəqabət etmək üçün GTA 5-i pulsuz verən Epic, yatırımların

arrow Ətraflı
Qazaxıstanda yenidən sərt karantin rejimi tətbiq oluna bilər like
  • 30 İyn 08:53  
Dünya Qazaxıstanda yenidən sərt karantin rejimi tətbiq oluna bilər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirus infeksiyasının yayıl

arrow Ətraflı
TikTok öz istifadəçilərini izləmə ilə günahlandırılıb like
  • 30 İyn 08:51  
Digərləri TikTok öz istifadəçilərini izləmə ilə günahlandırılıb

iOS əməliyyat sistemi çox zaman smartfona quraşdırılmış tətbiqlərə qa

arrow Ətraflı
NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi like
  • 30 İyn 08:50  
Dünya NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

“Rusiya kimi ölkələri daha konstruktiv siyasət yürütməyə çağırırı

arrow Ətraflı
Kürdəmirdə avtomobil su kanalına düşüb, yaralananlar var like
  • 30 İyn 08:48  
Sosial Kürdəmirdə avtomobil su kanalına düşüb, yaralananlar var

Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Göygöl sakini kürəyindən bıçaqlanıb like
  • 30 İyn 08:48  
Digərləri Göygöl sakini kürəyindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Apple Silicon haqqında Intel tərəfindən açıqlama verildi like
  • 30 İyn 08:46  
Digərləri Apple Silicon haqqında Intel tərəfindən açıqlama verildi

WWDC 2020-nin başlaması ilə macOS Big Sur 11.0 elan edildi.  Anonsda diqqət

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 30 İyn 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
İyunda Ukrayna sularında 100dən artıq insan boğulub like
  • 30 İyn 08:43  
Dünya İyunda Ukrayna sularında 100dən artıq insan boğulub

İyun ayında Ukrayna sularında 100-dən artıq insan boğulub.

arrow Ətraflı
Snapdragon 865 Plus nə zaman təqdim olunacaq? like
  • 30 İyn 08:41  
Digərləri Snapdragon 865 Plus nə zaman təqdim olunacaq?

Qualcomm şirkətinin Snapdragon 865 prosessor modelinin təkmilləşdirilmiş v

arrow Ətraflı