Kanada hakimiyyəti ölkəyə qayıdan vətəndaşlar üçün karantini uzadır


Dünya 30 İyn 2020 08:02:00 213 0

Kanada hakimiyyəti ölkəyə qayıdan vətəndaşlar üçün karantini uzadır

Kanada hökuməti ölkəyə daxil olan bütün Kanada vətəndaşları üçün bu gün sona çatan məcburi karantin müddətini uzadır.

Son.az Trend-ə istinadən bildirir ki, ölkəyə daxil olan bütün vətəndaşlar iyunun 30-dan sonra belə 14 gün ərzində özlərini təcrid etmək məcburiyyətində qalacaqlar. Bu tədbir ilk dəfə martın 25-də tətbiq edilib.

Karantinin nə qədər uzadılacağı barədə məlumat verilmir.

Kanadanın sərhədləri xaricilər üçün hələ də bağlıdır.