ABŞ Honkonqa hərbi texnika tədarükünü dayandıracaq


Dünya 30 İyn 2020 02:32:43 243 0

ABŞ Honkonqa hərbi texnika tədarükünü dayandıracaq

ABŞ rəsmi Pekinin Honkonq barədə qəbul etdiyi qərara görə Honkonqa hərbi texnika və ikili təyinatlı malların tədarükü dayandıracaq.

ABŞ rəsmi Pekinin Honkonq barədə qəbul etdiyi qərara görə Honkonqa hərbi texnika və ikili təyinatlı malların tədarükünü dayandıracaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib.

O qeyd edib ki, bununla bağlı qərar bu gündən qüvvəyə minir.

Xatırladaq ki, Ümumçin Xalqların Nümayəndələri Məclisi mayın 28-də Honkonqun təhlükəsizliyinin təmin olunması haqqında qanun layihəsini qəbul edib.

Qanun layihəsi Məclisin komissiyası tərəfindən, Honkonqun Qanunverici Şurasının iştirakı olmadan hazırlanacaq. Bu qanun Honkonqun muxtariyyətini kəskin şəkildə məhdudlaşdıracaq. Çin hakimiyyəti separatçı çağırışlar olduğu halda muxtar qurumu cəzalandırmaq məqsədilə ora öz təhlükəsizlik qüvvələrini göndərəcək, həbslər keçirə biləcək.

Bundan sonra, ABŞ Senatında “Honkonqun muxtariyyəti aktı” qəbul olunub və bunun ardınca dövlət katibi Mayk Pompeo Vaşinqtonun Honkonqda azadlıqların pozulmasına və bölgənin muxtariyyətini sarsıtmağa məsuliyyət daşıyan Çin Kommunist Partiyasının vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien isə bəyan edib ki, rəsmi Pekin Çinin Honkonq Xüsusi İnzibati Ərazisi ilə bağlı kobud fəaliyyətləri olan ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək.