İsraildə bir gündə 637 nəfər infeksiyaya yoluxdu


Dünya 29 İyn 2020 22:35:42 233 0

İsraildə bir gündə 637 nəfər infeksiyaya yoluxdu

İsraildə koronavirusa yoluxanların sayı yenidən artıb.

İsraildə koronavirusa yoluxanların sayı yenidən artıb.

“Report” xəbər verir ki, son 24 saatda 637 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Müalicə alan bir nəfər həyatını itirib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 24 276 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 189 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib.

6 768 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.