Kazinoda oynama, vergidən azad ol


Dünya 29 İyn 2020 22:40:00 243 0

Kazinoda oynama, vergidən azad ol

Kazinoda oynama, vergidən azad ol. Vergi ödənişi ilə bağlı bu maraqlı metod Monako knyazlığında tətbiq edilir. Knyazlığın ərazisində yerləşən Monte-Karlo şəhəri öz kazinoları ilə məşhurdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Monte-Karlo kazinolarında yalnız əcnəbi vətəndaşlar oynaya bilərlər. Bu barədə qərar hələ XIX əsrdə, şəhərdə oyun sənayesinin inkişaf etdirilməsi planlaşdırılarkən qəbul olunub. Yerli sakinlər isə kompensasiya kimi gəlir vergisi ödəməkdən azad ediliblər.

Baham adalarındakı kazinolarda da oxşar qadağa tətbiq olunub. Bu qərarı qəbul edənlər həm də öz vətəndaşlarının mənafelərini düşünüblər.