Yeni Zelandiyada şəhər satışa çıxarıldı


Dünya 29 İyn 2020 21:54:00 222 0

Yeni Zelandiyada şəhər satışa çıxarıldı

Yeni Zelandiyada Mellonsfolli Ranç yaşayış məntəqəsi satışa çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhəri 2006-cı ildə vestern filmlərindən ruhlanmış şəxs inşa edib.

Yaşayış məntəqəsi ABŞ-ın kovboy şəhərçiyini xatırladır. Həmin şəhərdə 10-a yaxın tikili, o cümlədən 3 yaşayış binası var.

Bundan başqa, şəhəri əldə etmək istəyən bal istehsalı üzrə hazır biznesi də satın almış olacaq. Şəhərdə 22 nəfər yaşaya bilər. Burada polis ofisi, kinoteatr və məhkəmə binası var.