Madonnanın qızı məşhur brendin siması oldu


Digərləri 29 İyn 2020 21:59:00 227 0

Madonnanın qızı məşhur brendin siması oldu

Pop diva Madonnanın qızı Lurdes Leon Amerikanın "Miaou" brendinin siması seçilib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, özünü model kimi sınamaq qərarına gələn Lurdes markanın geyimində seksuallığı və anasına bənzərliyi ilə diqqət çəkib.

İzləyicilərin bəziləri 23 yaşlı qızın bu fotosessiyasını Madonnanın 1989-cu ildə çəkilən "Cherish" klipindəki obrazına da oxşadıblar.

Bununla yanaşı, Lurdes qoltuğunun görüntüsü də tənqidlərə səbəb olub.

Son.az