“Boeing 737 Max”ların sınaq uçuşlarına icazə verildi
İqtisadiyyat 29 İyn 2020 21:34:01 219 0
İyunun 29-da “Boeing 737 Max” təyyarələrinin sınaq uçuşlarına başlamasına dair “Boeing” şirkəti tərəfindən rəsmi göstəriş verilib.
İyunun 29-da “Boeing 737 Max” təyyarələrinin sınaq uçuşlarına başlamasına dair “Boeing” şirkəti tərəfindən rəsmi göstəriş verilib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bildirib. Uçuşlar bu gün başlamalıdır.
Bu addım ötən ilin mart ayından sərnişindaşımalarda istifadəsi dayandırılan “Boeing 737 Max” təyyarələrinin yenidən dövriyyəyə qaytarılması üçün mühüm hadisə olaraq qəbul edilir.
Ötən gün FAA-nın Konqresə göndərdikləri məktubda təyyarənin təhlükəsizlik sistemlərindəki yoxlamaları başa çatdırdıqları, lakin məhdudiyyətin nə zaman ləğv ediləcəyinin hələlik məlum olmadığı qeyd olunub.
“Boeing 737 Max”ın bu gün başlaması nəzərdə tutulan və bir neçə gün davam edəcək sınaqlarından başqa, bir neçə ay çəkəcək yoxlamalar da keçirilməlidir. Bu yoxlamalar zamanı təyyarənin təhlükəsizlik sisteminə gətirilən dəyişikliklərin FAA-nın sertifikat standartlarına uyğun olub-olmadığı müəyyənləşdirilməlidir.
Xatırladaq ki,“Boeing 737 Max”təyyarələrinin müntəzəm xətlərdəki istifadəsi iki böyük qəzadan sonra ötən ilin mart ayında dayandırılmışdı. Ötən müddət ərzində təyyarədə olan bir sıra mühüm nöqsanlar aradan qaldırılıb, bu ilin may ayının sonunda isə “Boeing” şirkəti bu təyyarələrin yanvar ayından dayandırılmış istehsalına yenidən başladıqlarını açıqlayıb.
Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat had

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COV

Türkiyəli müğənni Hadisə sosial şəbəkə paylaşımı ilə gündəmə g

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dö

Bu gün Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Azərbaycanda indiyədək koronavirusa ümumilikdə&16 968&nəfər yoluxub.

Ölkədə son gün ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənl

ABŞ-da son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 290 nəfər vəf

Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Çexiyada 3 aydan sonra koronavirusa gündəlik yoluxma sayında yeni rekord gö

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla başa v

Təhsil Nazirliyi dünən koronavirusdan həyatını itirmiş Bakı Dövlət Uni

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusla mübarizə üzrə dö
