Arzu Nağıyev: Prezident İlham Əliyev pandemiya dövründə həm qlobal, həm də regional miqyasda çox mühüm işlərə imza atır


Siyasət 29 İyn 2020 20:15:00 227 0

Arzu Nağıyev: Prezident İlham Əliyev pandemiya dövründə həm qlobal, həm də regional miqyasda çox mühüm işlərə imza atır

Prezident İlham Əliyev pandemiya dövründə həm qlobal, həm də regional miqyasda çox mühüm işlərə imza atır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verlişinə açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının üzvləri ilə keçirilən onlayn konfransda vacib məsələni vurğuladı ki, pandemiya ilə mübarizədə dünya bir yerdə olmalıdır.

A.Nağıyev qeyd edib ki, Azərbaycan koronavirusa qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürür və bu proses davam edir.