Moskvada yaşayış binasında partlayış olub, 7 nəfər yaralanıb


Dünya 29 İyn 2020 19:47:49 231 0

Moskvada yaşayış binasında partlayış olub, 7 nəfər yaralanıb

Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb, 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır.

Rusiyanın paytaxtı Moskva şəhərininProxodçikov küçəsində yerləşən yaşayış binasında partlayış olub.

"Report"un Rusiya bürosunun məlumatına görə, partlayış qaz sızması nəticəsində baş verib.

Nəticədə yaşayış binasında dörd mənzildə yanğın olub. Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb, 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır.