Göyçayda ev yanıb
Sosial 29 İyn 2020 20:12:11 280 0
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.
© Report
Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini İsmayılov Ənvər Nuğay oğluna məxsus ümumi sahəsi 336 kvadratmetr olan evdə yanğın baş verib. ƏraziyəFövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən briqadasıcəlb olunub. Evin 146 kvadratmetrlik hissəsi yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Mənbə: report.az