"O olmasın, bu olsun"da yeganə kişi Məşədi İbaddır"


Şou-biznes 29 İyn 2020 19:14:00 222 0

"O olmasın, bu olsun"da yeganə kişi Məşədi İbaddır"

Əməkdar artist Rafael İsgəndərov "Ağ və qara" proqramının qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor tamaşalarına görə başının çox vaxt bəlaya girdiyini deyib. "Bu şəhərdə"nin üzvü bir həkimlə yaşadığı qalmaqalı danışıb:

"Bəzən tamaşalardan sonra problem yaşayırıq. Sürücülük vəsiqədi almaq üçün poliklinikaya getdim. Oradan müayinədən keçməli idim. Həmin ərəfədə də bir səhnəmiz olmuşdu ki, adam gəlir klinikaya rüşvət verir, kağız alır. Dəhlizdə gözlədiyim an qadın çıxdı mənə nələr dedi... Abrımı ətəyimə bükdü: "Utanmırsız məni göstərirsiz? Bütün Bakı mənə zəng etdi ki, səni göstərdilər. Sizi sevirdim, indi zəhləm gedir". Qadın bir qışqırır ki... Bütün dəhliz də adamla doludur. Biz səhnəcikdə kişiləri göstərmişdik, qadın yox.

Baş həkim gəldi məni otağına apardı, sakitləşdirdi".

Sevgi ilə bağlı suallara R.İsgəndərov "Eşq, məhəbbət, uşaqlıq olmasa olmaz. Aktyorda eşq hər zaman yaşamalıdır. Doğrudan da "Eşqin məhəbbəti düşüb canıma" mahnısını çox sevirəm" cavabını verib.