“Shell”: Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq
İqtisadiyyat 29 İyn 2020 18:05:32 275 0
“Shell”: Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdar
Karbohidrogenlərə tələbatın görünməmiş həddə azalmasına səbəb olan koronavirus pandemiyası ortamüddətli perspektivüçün də neft qiymətlərinə təsiri davam etdiyinə görə, neft qiymətləri yalnız 2021-ci ildə 60 ABŞ dolları səviyyəsinə qayıda bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Shell” şirkətinin Rusiya bölməsinin rəhbəri Sederik Kremers bildirib.
“Fikrimcə, bazardakı dəyişkənlik hələ bir müddət davam edəcək. Odur ki, orta gələcəkdə neft qiymətlərinin, tələbat artımı sürətinin böhrandan əvvəlki səviyyəyə qayıdacağını gözləmirik. Lakin daha uzun müddətli gələcəyə nəzər salsanız, tələbat mütləq bərpa olunacaq”, - ekspert qeyd edib.
Xatırladaq ki, neft bazarında 2020-ci ildəki böhran indiyədək ən güclüsü olub. Müxtəlif hesablamalara görə, cari ildə neftə tələbatın azalması 8-9 milyon barel səviyyəsində olacaq. Neftin qiymətləri mart – aprel aylarında, yəni OPEC+ formatındakı nəticəsiz qalan danışıqlardan sonra, habelə dünya üzrə karantin tədbirləri nəticəsində nəqliyyat daşımaları kəskin olaraq azaldığı dövrdə ən kəskin azalma ilə yadda qaldı. Bu dövrdəneft ehtiyatlarının həcmi isə görünməmiş həddə artmış və mövcud anbarların tamamına yaxını dolmuşdu. Fəlakətə yol verməmək üçün OPEC+ iştirakçısı ölkələr may ayından hasilatı xeyli azaltmalı oldular. Lakin bazarın bərpası, yığılmış neft ehtiyatlarının sərf olunması üçün “Fitch” agentliyinin qənaətincə, hələ bir neçə il vaxt lazım gələcək.
35 yaşlı Səbinə Əliyeva evdə müalicə almaqla koronavirusdan sağalıb. Q

Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib.

985 nəfər virusdan ölüb, daha 44 nəfərin vəziyyəti ağır və ya kritik

"Acı hayat" serialı ilə Azərbaycanda da populyarlaşan aktrisa Sel

Son 28 ayda 5 Dövlət Vergi Xidmətinə əməkdaşı ADIT imtahanlarından keç

"Azərbaycan son illərdə ordu quruculuğunda bir sıra ciddi uğurlara imza at

STAR neft emalı zavodu üçün 3,4 mln ton neft alınıb

Sahibkarlıq subyektlərində monitorinqlər davam edir.

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmə

Müğənni Xəyyam Nisanov efirlərə çıxmamasının səbəbini açıqlayıb.

ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar bildirib ki, ABŞ pandem

Tokayev məmurlara iki gün ərzində cari ilin mart-may aylarında qüvvədə o

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydların
