Arzu Nağıyev: İnsanlar məsuliyyətsizliyin hansı fəsadlara yol aça biləcəyini dərk etməlidirlər


Siyasət 29 İyn 2020 18:17:00 62 0

Arzu Nağıyev: İnsanlar məsuliyyətsizliyin hansı fəsadlara yol aça biləcəyini dərk etməlidirlər

Azərbaycan xalqı, hər bir vətəndaş tək özünü deyil, ətrafında olanları, yaxınlarını, tibb işçilərini, ümumiyyətlə ölkənin gələcək genefondunu, gələcəyimizə olan təhdidləri nəzərə almalıdır. İnsanlar bunu düşünməklə bərabər, həm də məsuliyyətsizliyin hansı fəsadlara yol aça biləcəyini dərk etməlidirlər

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev öz "Facebook" hesabındakı paylaşımında deyib.

Arzu Nağıyev bildirib ki, bu gün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisin iclasında çıxış etməli idi. Lakin səsəvermə tez olduğu üçün çıxış etməyib və çıxışını Katibliyə təqdim edib.

A.Nağıyev çıxışında qeyd edib ki, təqdim edilən layihə, yəni İnzibati Xətalar Məcəllləsinə nəzərdə tutulan dəyişikliklər çox mühüm və vaxtında ediləcək dəyişikliklərdir:

"İnzibati Xətalar Məcəlləsinin 211.1, 211.2 və 211.3 maddələrinə bir müddət əvvəl əlavələr edilmişdi və müvafiq cərimələrin tətbiqi ilə bağlı qərar qəbul olunmuşdu. Lakin təəssüf hissi ilə qeyd etmək istərdim ki, bunun məsuliyyətini və ciddiliyini bəzi vətəndaşlarımız tam şəkildə dərk etmədi".

Deputatın sözlərinə görə, Milli Məclisdə humanizm göstərilərək hətta bu cərimələrin az və ya çox olması ilə bağlı müzakirələr də oldu:

"Hazırda ölkədə yaranmış belə bir vəziyyətdə karantin rejimi, eyni zamanda fərdi-qoruyucu vasitələrdən, əsasən də maskalardan istifadə ilə bağlı müəyyən edilən tələblər pozuldu. Bu pozulmalar və təbii ki, məsuliyyətsizliklər son nəticədə koronavirusa yoluxanların sayına ciddi təsir etdi və yoluxma sayı kəskin surətdə artdı. Artıq hökumət, dövlət strukturları, aidiyyatı orqanlar həyəcan təbili çalmaqla qanunlara ciddi riayət etməyin, bununla bağlı daha sərt qanunların qəbul edilməsi istiqamətində addımlar atmağın zəruri olduğunu dəfələrlə bildirilər".

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı müharibənin, təcavüzün, təxribatın ağrı-acısına mətinliklə, mərdliklə sinə gərmiş bir xalqdır və əminəm ki, bu çətinlikdən də alnı açıq çıxacaqdır:

"Bu gün Milli Məclis, deputatlar və Milli Məclisin rəhbərliyi də bu çətinliklərin öhdəsindən gəlmək üçün qanunvericilik istiqamətində mühüm addımlar atır və dövlət xalqın yanındadır. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, təqdim olunan layihəyə, daha doğrusu dəyişikliklərə deputat həmkarlarımı müsbət səs verməyə çağırıram və düşünürəm ki, bu dəyişiklik Azərbaycan vətəndaşının sağlamlığı, rifahı, gələcək genofondun qorunması, eyni zamanda dövlət və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınmasına yönələn bir qanunun qəbulu olacaqdır".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə olunacaq.

Son.az 

Bakıda karantin qaydalarını pozan daha bir kafe aşkarlandı, like
  • 29 İyn 18:14  
Digərləri Bakıda karantin qaydalarını pozan daha bir kafe aşkarlandı,

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejimi qaydlarına zidd olaraq, m

arrow Ətraflı
“Shell”: Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq like
  • 29 İyn 18:05  
İqtisadiyyat “Shell”: Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq

“Shell”: Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıda

arrow Ətraflı
Ev şəraitində COVID19dan sağalan Səbinə Əliyeva: like
  • 29 İyn 18:04  
Digərləri Ev şəraitində COVID19dan sağalan Səbinə Əliyeva:

35 yaşlı Səbinə Əliyeva evdə müalicə almaqla koronavirusdan sağalıb. Q

arrow Ətraflı
Bakıda daha bir hamilə qadın koronavirusdan öldü like
  • 29 İyn 17:58  
Digərləri Bakıda daha bir hamilə qadın koronavirusdan öldü

Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib. 

arrow Ətraflı
Yaponiyada bir günə 110 yoluxma qeydə alınıb like
  • 29 İyn 17:57  
Dünya Yaponiyada bir günə 110 yoluxma qeydə alınıb

985 nəfər virusdan ölüb, daha 44 nəfərin vəziyyəti ağır və ya kritik

arrow Ətraflı
“Acı hayat”ın ulduzu gizlincə iş adamına ərə getdi like
  • 29 İyn 17:54  
Digərləri “Acı hayat”ın ulduzu gizlincə iş adamına ərə getdi

"Acı hayat" serialı ilə Azərbaycanda da populyarlaşan aktrisa Sel

arrow Ətraflı
Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir” like
  • 29 İyn 17:52  
Siyasət Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir”

"Azərbaycan son illərdə ordu quruculuğunda bir sıra ciddi uğurlara imza at

arrow Ətraflı
STAR neft idxalını 2,5 dəfə artırıb like
  • 29 İyn 17:50  
İqtisadiyyat STAR neft idxalını 2,5 dəfə artırıb

STAR neft emalı zavodu üçün 3,4 mln ton neft alınıb

arrow Ətraflı
139 obyektdə sanitarepidemioloji tələblər pozulub like
  • 29 İyn 17:49  
Digərləri 139 obyektdə sanitarepidemioloji tələblər pozulub

Sahibkarlıq subyektlərində monitorinqlər davam edir.

arrow Ətraflı
Bakıda ev yanır - FOTO like
  • 29 İyn 17:48  
Sosial Bakıda ev yanır - FOTO

Bakıda yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Səhiyyə Nazirliyi təcili yardım üçün həkim axtarır like
  • 29 İyn 17:44  
Sosial Səhiyyə Nazirliyi təcili yardım üçün həkim axtarır

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmə

arrow Ətraflı