Transfer qiymətlərinin Aİ standartlarına uyğun tənzimlənməsi sahəsində nəzarət mexanizmi hazırlanıb


İqtisadiyyat 29 İyn 2020 17:53:38 94 0

Transfer qiymətlərinin Aİ standartlarına uyğun tənzimlənməsi sahəsində nəzarət mexanizmi hazırlanıb

Son 28 ayda 5 Dövlət Vergi Xidmətinə əməkdaşı ADIT imtahanlarından keçib

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Yunanıstan Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin yanvarın 17-də başlanmış və 28 ay davam edən "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə Dəstək" Tvinninq layihəsi başa çatıb.

Bu barədə "Report" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Layihə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı, həmçinin Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi (CIEEL) tərəfindən həyata keçirilib. Layihənin məqsədi transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri üzrə auditin tətbiqi və həyata keçirilməsində, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılmasında Dövlət Vergi Xidmətinə dəstək göstərmək olub.

Layihə çərçivəsində Yunanıstanı və digər Aİ üzvü olan ölkələri təmsil edən beynəlxalq ekspertlərin iştirakı ilə Dövlət Vergi Xidmətində 38 missiya, 4 tədris səfəri, 24 təlim və 10 seminar həyata keçirilib. Layihə müddətində 61 hesabat, təlimat və metodiki göstəriş hazırlanıb ki, bunlar da gələcəkdə Dövlət Vergi Xidmətinə qanunvericilyin hazırlanması və praktiki tətbiqi prosesində əhəmiyyətli yardım edəcəkdir. Layihə çərçivəsində əldə edilmiş əsas nəticələr aşağıdakılardan ibarətdir:

a) transfer qiymətləri istiqamətində qabaqcıl Aİ standartlarına uyğun effektiv hüquqi baza hazırlanıb;

b) transfer qiymətləri sahəsində "Qiymətlərin əvvəlcədən razılaşdırılması" və "Qarşılıqlı razılaşma prosedurları" hazırlanıb;

c) transfer qiymətlərinin Aİ standartlarına uyğun olaraq tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmi hazırlanıb və bu sahədə Dövlət Vergi Xidmətinin institusional imkanları artırılıb.

Layihə müddətində bir neçə uğurlu innovativ yanaşma təqdim edilib:

a) Biliklərin ötürülməsinin davamlılığı - Xüsusi testlərin keçirilməsi yolu ilə Dövlət Vergi Xidməti əməkdaşları arasından seçilmiş 10 nəfər beynəlxalq vergitutma sahəsində ali diplom imtahanı olan ADIT (Advanced Diploma in International Taxation) imtahanında iştirak edib və onlardan beş nəfəri uğurlu nəticə əldə edib;

b) Xüsusi olaraq benefisiar ölkənin ehtiyaclarının tam şəkildə qarşılanması üçün hazırlanmış və uyğunlaşdırılmış bir layihə - Fəaliyyətlərin məzmunu və nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün üzv ölkə və benefisiar ölkə rəsmiləri arasında sıx əməkdaşlıq və davamlı təkliflər vasitəsilə müzakirə edilərək işlənib hazırlanıb;

c) Gözlənilməz hallara dərhal və səmərəli cavab verilməsi və adaptasiya olunmaq - Benefisiar ölkənin davam edən ehtiyaclarına cavab olaraq, COVID-19 pandemiyası zamanı layihə fəaliyyətləri interaktiv videokonfransların keçirilməsi yolu ilə uğurla davam etdirilib;

d) Praktik nümunələrə və müxtəlif seminarlara xüsusi önəm verilməklə, bütün müasir tədris metodlarından və təqdimat vasitələrindən geniş istifadə olunub;

e) Benefisiar ölkəni təmsil edən əməkdaşların müzakirə olunan məsələləri anlaması və tənqidi yanaşma bacarıqlarını möhkəmləndirməyə imkan verən müəyyən fəaliyyətlər başa çatdıqdan sonra qiymətləndirmə metodlarından istifadə edilib.

Layihə rəhbəri xanım Aikaterini Perrounun sözlərinə görə, bu layihə çərçivəsində transfer qiymətləri və vergidən yayınma hallarına qarşı tədbirlərin hazırlanması sahəsində uğur əldə edilib, eyni zamanda uzun müddət birgə çalışan Azərbaycan və Yunanıstan respublikalarının vergi əməkdaşları arasında möhkəm işgüzar bağlar qurulub. Qarşılıqlı etimada və hörmətə əsaslanan bu əlaqələr gələcəkdə hər iki ölkənin vergi orqanları arasında ikitərəfli münasibətlərin inkişafına daha da təkan verəcək.

Benefisiar ölkə üzrə layihə rəhbəri Orxan Musayev bildirib ki, bu, vergi orqanlarının Avropa İttifaqı ilə birgə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Qeyd olunub ki, layihə çərçivəsində Vergi Məcəlləsində dəyişikliklərlə bağlı konkret təkliflər hazırlanaraq təqdim edilib. Həmçinin, transfer qiymətləri üzrə yoxlamaların səmərəliliyini artırmaq və onların riskə əsaslanan bal sistemi üzrə qiymətləndirilməsini təşkil etmək məqsədilə digər qanunvericilik aktlarına da dəyişikliklər olunub. Vergi orqanı əməkdaşlarının təlimi layihənin əsas prioritetlərindən biri hesab olunurdu. Dövlət Vergi Xidmətinin ərazi vergi idarələrinin əməkdaşları da layihədə fəal iştirak ediblər. Tvinninq layihəsi çərçivəsində 2 il müddətində təlim keçmiş vergi orqanı auditorları artıq transfer qiymətləri ilə bağlı səyyar vergi yoxlamalarına başlayıblar. Bu, layihənin ən önəmli uğurlarından biri hesab edilə bilər.

Layihənin tərəfdaşları Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə davamlı dəstək üçün, həmçinin layihənin rezident tvinninq müşavirləri, Theodora Messiniyə və Ceyhun İsmayılova təşəkkür ediblər.

Layihənin həyata keçirilməsində yalnız Yunanıstanı təmsil edən ekspertlər deyil, həmçinin Aİ üzvü olan digər ölkələrin ekspertləri də fəal iştirak ediblər. Qeyd olunub ki, layihənin icrası Yunanıstan Respublikası ilə Azərbaycan Respublikasının vergi orqanları arasındakı səmərəli əməkdaşlıq, müsbət iş atmosferi və effektiv vergi inzibatçılığının qurulmasına töhfə verib və bu əlaqələr gələcəkdə də davam etdiriləcəkdir.

Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir” like
  • 29 İyn 17:52  
Siyasət Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir”

"Azərbaycan son illərdə ordu quruculuğunda bir sıra ciddi uğurlara imza at

arrow Ətraflı
STAR neft idxalını 2,5 dəfə artırıb like
  • 29 İyn 17:50  
İqtisadiyyat STAR neft idxalını 2,5 dəfə artırıb

STAR neft emalı zavodu üçün 3,4 mln ton neft alınıb

arrow Ətraflı
139 obyektdə sanitarepidemioloji tələblər pozulub like
  • 29 İyn 17:49  
Digərləri 139 obyektdə sanitarepidemioloji tələblər pozulub

Sahibkarlıq subyektlərində monitorinqlər davam edir.

arrow Ətraflı
Bakıda ev yanır - FOTO like
  • 29 İyn 17:48  
Sosial Bakıda ev yanır - FOTO

Bakıda yanğın hadisəsi baş verib.

arrow Ətraflı
Səhiyyə Nazirliyi təcili yardım üçün həkim axtarır like
  • 29 İyn 17:44  
Sosial Səhiyyə Nazirliyi təcili yardım üçün həkim axtarır

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmə

arrow Ətraflı
"Tanışlarım əvvəl virusa inanmırdılar, indi aralarında yoluxanlar da var" like
  • 29 İyn 17:44  
Şou-biznes "Tanışlarım əvvəl virusa inanmırdılar, indi aralarında yoluxanlar da var"

Müğənni Xəyyam Nisanov efirlərə çıxmamasının səbəbini açıqlayıb.

arrow Ətraflı
"Biz pandemiya üzərində nəzarəti itirmək həddindəyik" like
  • 29 İyn 17:39  
Dünya "Biz pandemiya üzərində nəzarəti itirmək həddindəyik"

ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar bildirib ki, ABŞ pandem

arrow Ətraflı
Qazaxıstan COVID-19 səbəbi ilə sərt karantinə qayıdacaq like
  • 29 İyn 17:38  
Dünya Qazaxıstan COVID-19 səbəbi ilə sərt karantinə qayıdacaq

Tokayev məmurlara iki gün ərzində cari ilin mart-may aylarında qüvvədə o

arrow Ətraflı
Bakıda karantini pozan kafe icarədarı və müştəriləri cəzalandırıldı like
  • 29 İyn 17:37  
Sosial Bakıda karantini pozan kafe icarədarı və müştəriləri cəzalandırıldı

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydların

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 29 İyn 17:37  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib like
  • 29 İyn 17:34  
Digərləri İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun

arrow Ətraflı
Nazəninin qardaşı vəfat edib like
  • 29 İyn 17:31  
Şou-biznes Nazəninin qardaşı vəfat edib

Müğənni Nazəninin ailəsində ağır itki üz verib.

arrow Ətraflı
6 aya 505 min ölü like
  • 29 İyn 17:29  
Dünya 6 aya 505 min ölü

Koronavirusa yoluxanların sayı artmağa davam edir.

arrow Ətraflı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərci 60%-dən çox artıb like
  • 29 İyn 17:26  
İqtisadiyyat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərci 60%-dən çox artıb

2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank xərci 2

arrow Ətraflı