"Tanışlarım əvvəl virusa inanmırdılar, indi aralarında yoluxanlar da var"


Şou-biznes 29 İyn 2020 17:44:00 232 0

"Tanışlarım əvvəl virusa inanmırdılar, indi aralarında yoluxanlar da var"

Müğənni Xəyyam Nisanov efirlərə çıxmamasının səbəbini açıqlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, "ATV səhər"ə qonaq olan sənətçi koronavirus infeksiyasına görə evdən çıxmadığını bildirib:

"3 ay ərzində cəmi 2 dəfə efirə çıxdım. Verilişləri sevmirəm. Həm də koronavirusa görə çalışıram evdən çıxmayım. Artıq dördüncü aydır ki, vaxtımı səmərəli istifadə etməyə çalııram: vokal, muğam, ingilis dili dərsi alıram. Rəqsə başlamağı planlaşdırıram.

Dostlarım, tanışlarım əvvəl virusa inanmırdılar. Amma indi hamı ciddi qəbul edir. Təəssüf ki, dostlarımız arasında da yoluxanlar var. Bizim də ailəmiz, uşaqlarımız var. İstəyirik çimərliyə, rayonlara gedək. Əgər qaydalara əməl etsək, nəticəyə gələ bilərik. Hər gün İnstaqramda izləyirəm, xəbərləri oxuyuram. Narahatam".