Bakıda karantini pozan kafe icarədarı və müştəriləri cəzalandırıldı

Sosial 29 İyn 2020 17:37:25 270 0

Bakıda karantini pozan kafe icarədarı və müştəriləri cəzalandırıldı

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

"Report"un xəbərinə görə,Səbail Rayon Polis İdarəsiİctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.