6 aya 505 min ölü


Dünya 29 İyn 2020 17:29:00 230 0

6 aya 505 min ölü

Koronavirusa yoluxanların sayı artmağa davam edir.

Son.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü məlumatına əsasən dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 10 milyon 200 mini keçib. Bu virus səbəbindən ölənlərin sayı 505 minə çatıb. 5 milyondan çox insan isə koronavirusdan sağalaraq evə buraxılıb.

ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə siyahıda birinci yerdədir. Karantin rejimi tətbiq olunmayan Braziliya ikinci, Rusiya isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.