Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarının qalibləri bəlli oldu


Digərləri 29 İyn 2020 16:09:00 188 0

Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarının qalibləri bəlli oldu

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları öz işini yekunlaşdırıb. 

Onlayn konfranslara BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən 100-dək iştirakçı qatılıb.

Konfransın alt bölmələri üzrə ayrı-ayrılıqda  bağlanış mərasimi keçirilib və qaliblər elan olunub. 

Bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib, bütün qalibləri təbrik edərək hər bir iştirakçıya təşəkkürünü bildirib.  

Beləliklə, "Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf" konfransının "Mütərəqqi materiallar və polimerlər" bölməsində I yerə Azərbaycan-Fransız Universiteti (UFAZ), II yerə Bakı Ali Neft Məktəbi, III yerə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti layiq görülüb.

"Neft-qaz və neft-kimya prosesləri" bölməsində  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti I yerin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı II yerin, Bakı Ali Neft Məktəbi III yerin qalibi olub.

"Ekoloji problemlər və biotexnologiya" bölməsi üzrə I və II yerləri müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti, III yeri isə Bakı Ali Neft Məktəbi və AMEA Neft-Kimya Prosesləri İnstitutu bölüşüb.

Poster təqdimatında Bakı Ali Neft Məktəbi və AMEA Neft-Kimya Prosesləri İnstitutu I yerdə,

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə II və III yerdə qərarlaşıb.