Adil Əliyev: Bu günlərdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir


Siyasət 29 İyn 2020 17:11:00 59 0

Adil Əliyev: Bu günlərdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir

Koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və zəruri tədbirlərin həyata keçirildiyi pandemiyaya qarşı mübarizədə görülən işlərin lazımi səviyyədə idarə olunmasını təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Pandemiyanın təsirini azaltmaq və zərərçəkmiş sahələrdə inkişafı təmin etmək üçün iqtisadi-sosial paketlər hazırlandı. İşlərin uğurla həyata keçirilməsi üçün dövlət büdcəsindən lazımi vəsait ayrıldı. Cənubi Qafqazda ilk dəfə olan tibbi maska və digər tibbi ləvazimatlar istehsal edən müəssisələr, bu bəlaya qarşı mübarizə məqsədilə modul və stasionar tibb müəssisələr açıldı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev KİV-ə açıqlamasında bildirib.

Adil Əliyev deyib: "Təbii ki, görülən işlər bütün dünyada tüğyan edən pandemiyanın ölkəmiz üçün yarada biləcəyi fəsadları minimuma endirməyə hesablanır. Həmin vaxt Birinci-vitse prezident Mehriban xanım Əliyeva növbəti xeyirxahlıq təşəbbüsü ilə çıxış etdi və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardımlar göstərməyə başladı. Xeyirxahlıq, vətəndaşların bir-birinə dəstək olması bizim əsas mental xüsusiyyətlərimizdən biri olmaqla yanaşı, vətəndaş cəmiyyəti institutunun prioritet istiqamətlərindəndir. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən nəcib təşəbbüsə cəmiyyətin hər bir fərdi könüllü olaraq qoşuldu.

Görülən xeyirxah işlərin məntiqi davamı olaraq, deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən ofisimdə (Nərimanov rayonu, Atatürk prospekti 33C, telefon: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35) bu sahədə işləri həyata keçirmək məqsədilə Dəstək və Əlaqələndirmə Mərkəzi yaratdıq. Bildiyiniz kimi, hazırda Bakı şəhəri də daxil olmaqla digər iri şəhər və rayonlarımızda karantin rejimi tətbiq olunmaqdadır. Sözügedən karantin rejimi vətəndaşların evdən çıxmaqlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsini özündə ehtiva edir. Sözsüz ki, qeyd olunan bütün bu növdən olan tədbirlər xəstəliyin qarşısını almaq məqsədilə həyata keçirilir.

Təbii ki, karantin dövrü xüsusilə yaşlılara ehtiyaclarının əldə edilməsində müəyyən çətinliklər yaradır. Bu səbəbdən də mərkəzin əsas funksiyası onlara və aztəminatlı ailələrə ərzaq yardımlarının, ilkin tibbi ləvazimatların verilməsidir. Mərkəz tərəfindən müraciətlər əsasında aztəminatlı ailələrə yardımlar göstərilir, onların məişət qayğılarının və çətinliklərinin həll edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Eyni zamanda, tibbi, kommunal, iaşə və s. çətinliklərlə üzləşən şəxslər mərkəzə müraciət edir, habelə vətəndaşların aidiyyəti qurumlarla əlaqələndirməsinin həyata keçirilməsi təmin edilir. Mərkəz fəaliyyətə başladığı vaxtdan bu müddət ərzində bir sıra şəxslərin müraciətləri (xüsusilə də alimentin ödənilməməsi, işdən əsassız olaraq çıxarılma) daxil olub, həmin şəxslərə qanunvericiliyin mövcud tələbləri izah edilməklə yanaşı, aidiyyəti qurumlara və məhkəmələrə müraciət etmələri tövsiyə edilib.

Həmçinin, 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar mövcud pandemiya vəziyyəti səbəbindən övladları hərbi xidmətdə olan valideynlər onları ziyarət etmək imkanları olmadığı üçün övladları ilə əlaqə saxlamaq məqsədilə mərkəzə müraciət ediblər. Mərkəz tərəfindən həyata keçirilən "Əsgərimə salam de" layihəsi çərçivəsində onların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə övladları ilə əlaqə saxlamaları təmin edilib. Tezliklə övladlarına qovuşmaqları üçün tibbi-gigiyena qaydalarına riayət edilməsi tövsiyə edilib.

Bir daha bildiririk ki, ölkə başçısının müxtəlif çıxışlarında dediyi kimi, "Biz birlikdə güclüyük!", bu səbəbdən də hər birimiz "gözəgörünməz düşmən"ə qarşı mübarizədə öz məsuliyyətimizi dərk etməli, ehtiyac olmadan evdən çıxmamalı, sosial izolyasiyanı həyata keçirməli, zərurət yaranarsa evdən çıxarkən mütləq tibbi maskadan istifadə etməklə ara məsafəsini qorumalıyıq".

"İşimiz hökuməti şərləməkdir" like
  • 29 İyn 17:09  
Siyasət "İşimiz hökuməti şərləməkdir"

"Əşşi, nə qoyub, nə axtarırsan? Bizim işimiz bəyəm hökuməti şə

arrow Ətraflı
Misirdə xəstəxana yandı like
  • 29 İyn 17:04  
Dünya Misirdə xəstəxana yandı

Misirin şimalındakı İsgəndəriyyə şəhərində xəstəxanaların birində

arrow Ətraflı
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib like
  • 29 İyn 16:55  
Sosial İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun

arrow Ətraflı
Omanda koronavirusa yoluxanların sayı kəskin artıb like
  • 29 İyn 16:53  
Dünya Omanda koronavirusa yoluxanların sayı kəskin artıb

Omanda son sutkada COVID-19 virusuna daha 910 nəfər yoluxub, 6 nəfər ölüb.

arrow Ətraflı
Aİ sərhədlərin açılması üçün ölkələrin yekun siyahısını hələ təsdiq edə bilməyib like
  • 29 İyn 16:46  
Dünya Aİ sərhədlərin açılması üçün ölkələrin yekun siyahısını hələ təsdiq edə bilməyib

Aİ Şurasında əsasən Çin ətrafında kəskin mübahisələr davam edir

arrow Ətraflı
Məşhur prodüser 100 kq arıqladı like
  • 29 İyn 16:44  
Digərləri Məşhur prodüser 100 kq arıqladı

Rusiyanın məşhur prodüseri Maksim Fadeyev 100 kq arıqlayıb.

arrow Ətraflı
Fransanın keçmiş baş naziri və xanımına hökm oxundu like
  • 29 İyn 16:41  
Dünya Fransanın keçmiş baş naziri və xanımına hökm oxundu

Qeyd edək ki, Fransua Fiyon 2007-ci il mayın 17-dən 2012-ci il mayın 10-dək

arrow Ətraflı
Vətəndaşları karantin postlarından yayındıran “polis” tutuldu like
  • 29 İyn 16:40  
Sosial Vətəndaşları karantin postlarından yayındıran “polis” tutuldu

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarı

arrow Ətraflı
İranda koronavirusdan daha 162 nəfər ölüb like
  • 29 İyn 16:39  
Dünya İranda koronavirusdan daha 162 nəfər ölüb

İranda ötən sutka ərzində daha 162 nəfər koronavirusdan (COVID19) ölüb.

arrow Ətraflı
Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edildi like
  • 29 İyn 16:38  
Siyasət Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edildi

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək t

arrow Ətraflı
Dünya Bankının yol kreditinin müddəti uzadıldı like
  • 29 İyn 16:35  
İqtisadiyyat Dünya Bankının yol kreditinin müddəti uzadıldı

Dünya Bankı Bakı-Şamaxı və Yenikənd-Şorsulu avtomobil yollarının yenid

arrow Ətraflı
Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır like
  • 29 İyn 16:35  
İqtisadiyyat Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

"Azərbaycan Dəmir Yolları" QSC sərnişin sayının azalması ilə əlaqədar

arrow Ətraflı
Azərbaycanlı baş redaktor: "Qazaxıstanda ermənilərin səsini boğa bilirik" - MÜSAHİBƏ like
  • 29 İyn 16:33  
Siyasət Azərbaycanlı baş redaktor: "Qazaxıstanda ermənilərin səsini boğa bilirik" - MÜSAHİBƏ

Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və

arrow Ətraflı