Azərbaycanın əhalisinin 6 milyonu şoranlaşmaya və səhralaşmaya məruz qalmış ərazilərdə məskunlaşıb


Digərləri 29 İyn 2020 16:49:00 229 0

Azərbaycanın əhalisinin 6 milyonu şoranlaşmaya və səhralaşmaya məruz qalmış ərazilərdə məskunlaşıb

Azərbaycanın 10 milyondan ibarət əhalisinin 6 milyonu şoranlaşmaya və səhralaşmaya qismən məruz qalmış ərazilərdə məskunlaşıb.

Son.az xəbər verir ki, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, dünyada böyük qlobal bir problemə çevrilmiş, Yer Kürəsi sahəsinin dörddə birini əhatə edən və 110 ölkədə müşahidə edilən səhralaşma prosesi Azərbaycan alimlərini düşündürən və öndə duran məsələlərdəndir. Ölkəmizin ərazisinin 60 faizi səhralaşmaya meyilli subtropik ərazilərdən ibarətdir ki, Kür-Araz ovalığında yerləşən Mil düzü səhralaşma prosesinin ən intensiv getdiyi sahələrdəndir.

M.Həsənov deyib ki, Mil düzündə yaranan qum təpələrinin gələcəkdə daha da artması torpaqlarımızın daha tez sıradan çıxması ilə nəticələnə bilər.