"Ermənsitan beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunan addımları bloklamaqla məşğuldur"


Siyasət 29 İyn 2020 16:57:00 239 0

"Ermənsitan beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunan addımları bloklamaqla məşğuldur"

"Azərbaycana göstərilən etimad, inam çox yüksək səviyyədədir"

"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının COVİD 19-a həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsinə dair təşəbbüs irəli sürüb və bu təşəbbüsü Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə keçirilən zirvə görüşündə tədbir iştirakçılarına bildirmişdi".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi qərarını şərh edərkən deyib.

O bildirib ki, 130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi Azərbaycana olan inamın göstəricisidir: 

"Xüsusi Sessiyanın keçirilməsi ilə bağlı Azərbaycan tərəfi xeyli iş gördü və nəhayət Xüsusi Sessiyanın keçirilməsinə razılıq əldə olundu. Xüsusi Sessiyanın keçirilməsi BMT tarixində çox az hallarda rast gəlinib və bu sessiayının çağırılması üçün BMT-yə üzv olan dövlətlərin 97-nin razılığı əldə olunmalıdı idi. Azərbaycanın təşəbbüsündən sonra çox qısa müddətdə bu Xüsusi Sessiyanın çağırılması ilə bağı 130 dövlət tərəfdar çıxdı. Bu da onu göstərir ki, Azərbaycana göstərilən etimad, inam çox yüksək səviyyədədir. Azərbaycan bölgədə çox vektorlu siyasət həyata keçirir və çoxtərəfli diplomatiyanı, lateralizmi təşviq edir. Ona görə Azərbaycan həm Qoşulmama Hərəkatında, həm də digər beynəlxalq təşkilatlarda aparıcı rola malikdir. Bildiyiniz kimi, ötən ildən başlayaraq Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirir və sədrlik dönəmində Azərbaycan cari ilin may ayında COVİD 19-a qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində tədbir keçirmişdi. Tədbir Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə həyata keçirildi və çox əlamətdardır ki, bu tədbirə həm Afrika İttifaqının, həm Avropa İttifaqının yüksək çinli rəsmiləri videomüraciət göndərmişdilər. Bundan əlavə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, BMT-nin baş katibi və BMT Baş Assambleyasının prezidenti də iştirak edirdi". 

Politoloq qeyd edib ki, yalnız Ermənistan Azərbaycanın irəli sürdüyü təşəbbüs əleyhinə çıxış etməsilə Azərbaycana qarşı olan işğalçı mahiyyətini və irticaçı mahiyyətini bir daha nümayiş etdirmiş olub:

"Azərbaycan bu vəziyyətlə əlaqədar olaraq bütün dünyanın COVİD-19 pandemiyasının fəsadlarından əziyyət çəkdiyi bir dönəmdə sosial, iqtisadi və humanitar sahədə bir sıra problemlərin olduğu bir dönəmdə Azərbaycan beynəlxalq həmrəyliyi, birgə olmağı təşviq edir və belə bir vəziyyətdə özünütəcrid və problemlərin ağuşunda qalmağın tərəfdarı olmayıb. Bu problemlərdən çıxış yollarının müxtəlif istiqamətlərini müəyyən etmək üçün beynəlxalq təşəbbüslər irəli sürür. Bu təşəbbüslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla dəstəklənir. Azərbaycanın irəli sürdüyü təşəbbüsə qarşı yalnız Ermənistan əleyhinə çıxış edib. Bu da onu göstərir ki, Ermənsitan dünya birliyi və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunan addımları bloklamaqla məşğuldur. Azərbaycana qarşı olan işğalçı, irticaçı mahiyyətini yenidən ortaya qoydu. Bu da Ermənistanın faktiki rolunu bir daha bütün dünyaya nümayiş etdirdi. Ermənistan Azərbaycanın bütün sülhpərvər və sabitliyi, təhlükəsizliyi regionda qorumaq və təmin etmək yolunda bütün istiqamətlərdə atdığı fəal addımları təkzib edir və Azərbaycanın təşəbbüslərinə qarşı çıxış edir. Ermənsitan bu hərəkətləri ilə bütün dünya ictimaiyyəti və BMT-yə üzv olan dövlətlər tərəfindən nəzərdən keçirilir və Ermənistanın bu mövqeyi tənqid olunur. Azərbaycan isə koronavirusla mübarizədə beynəlxalq həmrəyliyə dəstək olur, dünya ölkələrinin bu bəladan çıxmasını arzulayaraq bir sıra dövlətlərə humanitar yardımlar göstərir, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün mühüm addımlar atılır. Lakin eyni fikirləri, sözləri Ermənistan barədə demək mümkün deyil. Ona görə də biz ümid edirik ki, BMT Baş Assambleyasının COVİD 19-a həsr olunmuş Xüsusi Sessiyası çox qısa müddətdə uğurla həyata keçiriləcək və Azərbaycanın bütün dünya ictimaiyyəti arasında qəbul edilən imici daha da möhkəmlənəcək".

Təhməz Təkin Son.az