Əfqanıstanda bazarda partlayış


Dünya 29 İyn 2020 15:44:00 210 0

Əfqanıstanda bazarda partlayış

Əfqanıstanın cənubundakı Helmand əyalətində bazarda baş vermiş partlayış nəticəsində 10 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə heyvan bazarında baş verib. Partlayış nəticəsində daha 1 nəfər xəsarət alıb.

Təhlükəsizlik orqanlarının məlumatına görə, hadisə partlayıcı maddənin işə düşməsi nəticəsində olub.

Öz növbəsində, "Taliban" radikal hərəkatı hadisənin hərbçilərin minaatanlardan atəş açması nəticəsində baş verdiyini elan edib.