Dünyada İKİNCİ DALĞA başladı: yeni məhdudiyyətlər gəlir


Dünya 29 İyn 2020 15:49:00 211 0

Dünyada İKİNCİ DALĞA başladı: yeni məhdudiyyətlər gəlir

İsrail koronavirus pandemiyasının ikinci mərhələsinə keçib.

Son.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yuli Edelsteyn danışıb.

Tvitter hesabı vasitəsilə təşkil etdiyi mətbuat konfransında açıqlama verən nazir ikinci dalğanın başlanğıcında olduqlarını bildirib: "Buna görə də yeni məhdudiyyətlər tətbiq etmək məcburiyyətindəyik. Məhdudiyyətlər toplantı, toy mərasimi və yəhudi ibadətgahlarını əhatə edəcək. Təlimatlara əməl olunmadığı təqdirdə açlq yerlər də bağlanacaq".

Edelsteyn qərarların iqtisadi və səhiyyə sahələrindəki ehtiyacları nəzərə alınaraq qəbul edildiyini bildirib.