COVİD19a yoluxanlarda bu kimi fəsadlar qala bilər


Digərləri 29 İyn 2020 14:29:00 213 0

COVİD19a yoluxanlarda bu kimi fəsadlar qala bilər

Hazırda bütün dünya COVİD-19-la mübarizəni davam etdirməkdədir. Tibb adamları insanları bu bəladan tez bir zamanda xilas etmək üçün xəstəliyə qarşı ən effektiv müalicə üsulunu axtarır. Lakin bu virusa yoluxub sağalan insanlar da az deyil. Bəs maraqlıdır bu virusu keçirən insanların orqanizmində sonradan hər hansı bir fəsadlar qalırmı?

Son.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

Nahid Məhərrəmov - Terapevt: "Ağciyərin kiçik bir payını zədəliyibsə və yaxudda ki, ağciyərin aşağı paylarında kiçik bir qismini zədəliyibsə o zaman o insanlarda gələcəkdə heç bir şəkildə, heç bir narahatlıq olmaya bilir".

Tibb işçiləri bildirirlər ki, bu yeni bir virus növü olduğundan bu xəstəliyin qalıcı fəsadları haqqında dəqiq məlumat vermək o qədər asan deyil. Lakin buna yaxın ağciyər xəstəliklərindən nəticə çıxararaq müəyyən fikirlər söyləmək olar. Bu fəsadlar hər bir şəxs üçün fərdi xarakter daşıyır. Ehtimal olunur ki, asma və digər agciyər xəstəliyi daşıyıcılarının yaşadığı oxşar problemlər koronavirusdan sağalmış insanlarda da qala bilər.

Nabil Seyidov - İSİM-in şöbə müdiri: "Tədqiqatlar göstərib ki, COVİD-19-la bağlı yox, digər infeksiyalarda kierdes (red: ağciyərin 2 tərəfli infeksiyası) olan xəstələrdə tədqiqatlar göstərir ki, uzun müddətli olaraq ağciyərlərin fibrozlaşması, yəni çapıqlanması baş verir və bu çapıqlanma nəticəsində həmin xəstələrdə ağciyərlərin ümumi tənəffüs həcmində azalma baş verir".

Qalıcı fəsadlardan ən çox təsadüf olunanı tənginəfəslikdir ki, buda daha çox çəkisi artıq olan insanlarda daha sıx müşahidə edilir.

Nahid Məhərrəmov - Terapevt: "Böyük bir qisim zədələnibsə, əgər ağciyərdə və zamanla adam inkubə olunubsa, yəni aparata qoşulubsa, həm də oksigen balonlarından istifadə edibsə, bu adamda yanaşı gedən digər xəstəlikdə olubsa, o zaman gələcəkdə bu adamlarda qalıcı şəkildə tənginəfəslik, halsızlıq, hərəkət zamanı ürəkdə çarpınma istilərdə nəfəs darlığı ola bilər olsun".

Adil Qeybulla - Həkim: "Ağciyərdəki fibroz sahəsindən asılı olaraq xəstələrdə ağciyər çatmazlığı ola bilər. Elə xəstə var ki, bu fiziki yük zamanı daha çox ortaya çıxa bilər, elə xəstə var o adi gəzintidə və yaxud da sakit oturan vaxtı müşahidə edilir. Bu ağciyər sahəsinin nə qədər zədələnməsindən asılıdır".