Bahalılığa görə Ermənistan və Türkiyə Azərbaycanı qabaqlayır


İqtisadiyyat 29 İyn 2020 13:03:38 249 0

Bahalılığa görə Ermənistan və Türkiyə Azərbaycanı qabaqlayır

ABŞ-ın məşhur "Ceoworld" nəşri 132 dövləti əhatə edən “2020-ci il dünyanın ən bahalı ölkələri” araşdırmasının nəticələrini açıqlayıb

ABŞ-ın məşhur "Ceoworld" nəşri 132 dövləti əhatə edən “2020-ci il dünyanın ən bahalı ölkələri” araşdırmasının nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, Azərbaycan 29,92 ballayaşam indeksi ilə siyahıda 120-ci sırada qərarlaşıb.

Araşdırmaya görə, qonşu ölkələrdən Gürcüstan (28,48 bal) 123-cü, Ermənistan (32,84 bal) 109-cu, Türkiyə (34,69 bal) isə 102-ci sırada qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk 3 sırasında İsveçrə (122,4 bal), Norveç (101,43 bal), İslandiya (100,48 bal), son 3 sırada isə Pakistan (21,98 bal), Əfqanıstan (24,24 bal), Hindistan (24,58 bal) qərarlaşıb.