Azərbaycanda ictimai işlərə məhkum edilmiş şəxslərə yeni formada nəzarət ediləcək


Digərləri 29 İyn 2020 13:04:00 217 0

Azərbaycanda ictimai işlərə məhkum edilmiş şəxslərə yeni formada nəzarət ediləcək

Azərbaycanda məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron formada nəzarət həyata keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 47.2-1-ci maddə əlavə edilir:

"47.2-1. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur".