Ekspertlər COVID-19-a qarşı mübarizə üzrə rəqəmsal həlləri müzakirə edib


İqtisadiyyat 29 İyn 2020 11:50:26 250 0

Ekspertlər COVID-19-a qarşı mübarizə üzrə rəqəmsal həlləri müzakirə edib

Azərbaycanın Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “e-Tabib” mobil tətbiqi, “e-mask” respiratoru və başqa innovativ həllər və məhsullar təqdim edib

Azərbaycan, İsrail, Qazaxıstan, Estoniya və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) olan ekspertlər pandemiya şəraitində dövlət idarəetməsinin səmərəliliyini və dövlət xidmətlərinin keyfiyyətini artırmağa yönəlmiş rəqəmsal həllər təqdim ediblər.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, Astana Dövlət Xidməti Mərkəzinin sessiyası Beynəlxalq İnzibati Elmlər İnstitutunun (IIAS, Belçika) onlayn konfransı çərçivəsində 20-dən çox ölkənin nümayəndəsinin iştirakı ilə keçirilib.

Sessiyanı açan Astana Dövlət Xidməti Mərkəzinin İdarəetmə Komitəsinin sədri Əlixan Baymenov karantin, sosial məsafə və məsafədən işləməyən müasir informasiya texnologiyalarından istifadəsini sürətləndirdiyini qeyd edib. O, yalnız müasir texnologiyaların tətbiqinə deyil, həm də yeni şəraitdə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına təsir edəcək təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov vətəndaşlara yaxın ətrafda potensial COVID-19 daşıyıcıları olduğu barədə xəbərdarlıq edən “e-Tabib” mobil tətbiqi, “e-mask” respiratoru və başqa innovativ həllər və məhsullar təqdim edib. O, karantin şəraitində vətəndaşların hərəkətinin onlayn rejimində qeydiyyata alınma sistemi barədə ətraflı danışıb.

Qeyd olunur ki, Türkistan Akimatı da Azərbaycanın təcrübəsindən istifadə edərək oxşar onlayn sistem hazırlayıb.