ABŞ-da şist neft hasilatçısı müflis olub


İqtisadiyyat 29 İyn 2020 11:52:13 250 0

ABŞ-da  şist neft hasilatçısı müflis olub

​ABŞ-da şist neft hasilatıçısı şirkəti özünü müflis elan edib

ABŞ-da şist neft hasilatıçısı olan “Chesapeake Energy” şirkəti özünü müflis elan edib.

“Report”un xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat yayıb.

Beləliklə, şirkət könüllü olaraq müflis olması barədə müraciət edib. Həmçinin, ABŞ məhkəməsindən borcun yenidən formalaşması çərçivəsində sadələşdirmək üçün iflas bəndinə əsasən onun restruktizasiyasını istəyib.

Şirkət 7 mlrd ABŞ dolları həcmində borcun ödənilməsi planını həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, “Chesapeake Energy” şirkəti kreditorların ona 925 mln ABŞ dolları borc verəcəyi barədə müqavilə bağlayıb.

Bundan əlavə, şirkət kreditorlardan və təmin edilmiş istiqraz sahiblərindən 600 mln ABŞ dolları almalıdır.