Qaydalara riayət olunmasa hər birimiz süni nəfəs aparatına qoşula bilərik


Digərləri 29 İyn 2020 11:49:00 190 0

Qaydalara riayət olunmasa hər birimiz süni nəfəs aparatına qoşula bilərik

"Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ciddi xəbərdarlıqdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda da virusa yoluxmaların sayının arması səhiyyəyə çox ciddi təsir edərək gərginlik yaradır.

Komitə sədri qeyd edib ki, düzdür, Azərbaycan tibb müəssisələrinin maddi-texniki bazası, kadr peşəkarlığı yüksək səviyədə olması epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir, amma bununla belə tibbi müəssiələrində gərginlik müşahidə edilir.