Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırıldı


İqtisadiyyat 29 İyn 2020 09:42:42 232 0

Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırıldı

Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırıldı

© Report/Firudin Səlimov

"Bakı Metropoliteni" QSC bu gün 2 yeni qatarını xəttə buraxacaq.

Bunu "Report"a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edəcək.

"Digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir. Təxminən iyulun ilk yarısında onlar da sərnişinlərin istifadəsinə veriləcək", - metro rəsmisi qeyd edib.

Xatırladaq ki,hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i yeni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.

Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.