Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər


Digərləri 29 İyn 2020 02:30:00 249 0

Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər

İndoneziyanın Qərbi Yava əyalətində cəmi bir gözü olan və üz nahiyəsi deformasiyaya uğramış quzu doğulub.

Son.az oxu.az-a istinadən bildirir ki, "The Mirror" xəbər ki, heyvan cəmi iki gün yaşasa da, yerli sakinlər onun iblis olduğunu söyləyiblər.

Qeyd olunur ki, tsiklopiya (təpəgözlük) ilə doğulmuş heyvan çətinliklə nəfəs alıb və qida qəbul edə bilməyib. Fermer onu xilas etmək məqsədilə qonşularına müraciət etsə də, onlar yeni doğulmuş heyvanın bədbəxtlik gətirəcəyini bildiriblər.

"İblis cildinə girmiş" quzunu dini mətnlərdə adı mənfi obraz kimi təqdim olunan Dəccalla müqayisə ediblər.

İki gün sonra quzu tələf olub. Sahibi onu evinin arxasındakı bağ sahəsində basdırıb.